EURO 1,9187 TRY 0,2478
USD 1,7 RUB 0,0239
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:31.08.2019 23:38:35

Azərbaycan Premyer Liqasının III turunun "Qəbələ" - "Keşlə" oyunundan (0:4) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Sənan Qurbanov istefa verib.

Azərbaycan Premyer Liqasının III turunun "Qəbələ" - "Keşlə" oyunundan (0:4) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Sənan Qurbanov istefa verib.

Klub saytının məlumatına görə, rəhbərlik 39 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2012-ci ildə "Qəbələ"nin köməkçi məşqçisi təyin olunan Qurbanov 2018-ci ilin yayından baş məşqçi kimi çalışırdı. Öncə də komandanı baş məşqçi əvəzi kimi 3 matça çıxaran mütəxəssis ümumilikdə 43 oyunda bu vəzifəni yerinə yetirib.

Komanda onun rəhbərliyi altında 15 qələbə qazanıb, 11 heç-heçə edib və 17 dəfə uduzub.

Qeyd edək ki, "Qəbələ" S.Qurbanovun rəhbərliyi altında Azərbaycan kubokunun 2018-2019-cu illər mövsümünün qalibi olub.

İslamazeri.com


Azərbaycan çempionatında mövsümün ilk baş məşqçi istefası

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ÜST Rusiyaya koronavirus peyvəndinə görə ağız açdı
    ÜST Rusiyanın COVID-19 əleyhinə peyvəndi ilə maraqlanır.
     06.07.2020
    İsrail koronavirusun güclü hücumunun mərkəzindədir - Netanyahu
    İsrail rejiminin Baş naziri Binyamin Netanyahu çarəsizliyini etiraf edib
     06.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ