EURO 2,0849 NEFT 68,61
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:19.05.2017 12:25:44

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsi başa çatıb.

7 gün davam edən yarışın ən yaxşısı adını Azərbaycan millisi qazanıb.

10 çəki dərəcəsində qüvvəsini sınayan kişi boksçuların yarışında yığmamız 7 medala sahib olub. Hesabına 3 qızıl, 3 gümüş və 1 bürünc mükafat yazan komandamız bu göstəricidə hamını qabaqlayıb.

Apasport.az xəbər verir ki, İslamiadanın ən yaxşısı adına yiyələnən millimiz həm ümumi medal sayında, həm də mükafatlarının əyarına görə rəqibləri üçün əlçatmaz olub. Boksçularımızın ən yaxın izləyici olan Özbəkistan Oyunları 2-ci pillədə bitirib. Yığmamızdan 2 medal geri qalan asiyalılar 5 dəfə fəxri kürsüyə qalxıblar. Bunlardan 3-ü qızıl medal olub.

Medal siyahısında Qazaxıstan 3-cüdür. Bu komanda Bakıdan 2 çempionluq və 3 “bürünc”lə ayrılır. Boks yarışlarında himni çalınan digər 2 ölkə isə Suriya ilə Türkmənistandır. “Bakı-2017”-də yalnız bu 5 ölkə çempionluq sevinci yaşayıb. Ümumilikdə isə 13 yığmanın üzvləri medal qazanmağı bacarıb.

Qeyd edək ki, boks yığmamızın heyətində Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) birinci, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) ikinci, Tayfur Əliyev (56 kq) isə üçüncü yeri tutub.

N

Ölkə

Qızıl

 Gümüş 

Bürünc

 Cəmi

1

 AZƏRBAYCAN

3

3

1

7

2

Özbəkistan

3

0

2

5

3

Qazaxıstan

2

0

3

5

4

Suriya

1

1

2

4

5

Türkmənistan

1

1

1

3

6

İraq

0

2

0

2

7

Mərakeş

0

1

3

4

8-9

Misir

0

1

1

2

 

Türkiyə

0

1

1

2

10

İordaniya

0

0

3

3

11-13

Əlcəzair

0

0

1

1

 

Kamerun

0

0

1

1

 

İran

0

0

1

1

Cəmi

 

10

10

20

40

 

Azərbaycan boks yığması İslamiadanın ən güclüsü olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Lənkəranda evlərə basqın edərək bir nəfərin ölümünə səbəb olan şəxs saxlanılıb - FOTO
    Bir neçə gün öncə Liman şəhərinin "Xutor" deyilən yaşayış massivində üç evə basqın edərək 4 nəfərə ağır xəsarət yetirən və nəticədə onlardan birinin ölümünə səbəb olan naməlum şəxs barədə yeni təfərrüatlar məlum olub.
     21.01.2018
    20 Yanvar faciəsilə bağlı geniş tədbir keçirildi - İmam Ümmət məscidində - FOTO, VİDEO
    Dünən Bakının Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində 20 Yanvar faciəsilə bağlı geniş tədbir keçirilib
     21.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ