EURO 1,8495 NEFT 52,05
USD 1,7025 RUB 0,0299
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR

Kateqoriya : XƏBƏRLƏR

Yayınlanma tarixi:17.03.2017 10:58:02

Lozanna Universitetinin Avropa Şurası üçün apardığı araşdırmanın nəticələrinə görə Azərbaycan əhalinin hər 100 min nəfərinə düşən məhbus sayı hesabı ilə Avropada üçüncüdür.

AzadlıqRadiosu yazır ki, 2015-ci ilin məlumatına görə Azərbaycanda 24 min 117 məhbus var. Bu hər 100 min nəfərə 248, 5 məhbus deməkdir.

Bu reytinqdə birinci yeri 641 min məhbusu olan Rusiya tutur. Orada əhalinin hər 100 min nəfərindən 438 nəfəri həbsxanadadır.

Rusiyanın ümumilikdə 144 milyon, Azərbaycanın isə təxminən 10 milyon nəfər əhalisi olduğu nəzərə alınarsa, Azərbaycanda məhbusetmə rəqəminin xeyli yüksək olduğu təsəvvürü yaranar.

Bu cədvəldə 2-ci yerdə olan Litvanın “məhbus əhalisi” 7901 nəfərdir. Orada əhalinin hər 100 min nəfərinə 273, 5 məhbus düşür.

Gürcüstan 4-cü yerdədir. Orada 8772 məhbus var və bu, əhalinin hər 100 min nəfərinə 235, 2 məhbus deməkdir.

Ermənistan bu siyahıda hər 100 min nəfər əhaliyə 130 məhbusla 22-ci yerdədir.

Lakin maraqlı cəhət burasındadır ki, Gürcüstan və Azərbaycanda azadlıqdan məhrumetmə hallarının böyük qismini narkotik maddə ittihamı üzrə işlər təşkil edir.

Azərbaycanda 5600, Gürcüstanda isə 2700 məhbus narkotik maddə ittihamı ilə azadlıqdan məhrum edilib.

Başqa sözlərlə Azərbaycanda bütün məhbusların 28 faizini “narkomanlar” təşkil edir.

Yeri gəlmişkən Ermənistan üzrə belə bir statistika yoxdur.

Rusiyadakı məhbusların 29 faizi qətl cinayəti ilə əlaqədar olanlardır. Bunun ardınca azadlıqdan narkotik maddələrlə əlaqədar məhrum edilənlər gəlir.

Azərbaycan və Gürcüstanda isə məhbusların ikinci böyük qrupu oğuluğa görə məhkum edilənlərdir.

Hesabatda bu da qeyd olunur ki, ötən il ərzində azadlqıdan məhrumetmə Gürcüstanda 21, Azərbaycanda isə 5 faiz artıb. Ermənistanda bu rəqəm ötən il 2 faiz azalıb.

Bu hesabatda Avropa Şurasına daxil 52 ölkədən 45-dəki vəziyyət təhlil olunub.

Hesabata görə 2015-ci ildə bütün Avropada məhbusların sayı 2014-cü illə müqayisədə 7 faiz azalıb.

Mart ayının əvvəllərində Azərbaycan Ali Məhkəməsi kollegiayasının sədri Şahin Yusifov diqqəti Azərbaycandakı məhbusların əksəriyyətinin narkotik maddə ittihamı məhkum olunduğuna çəkmişdi.

O bu vəziyyətə görə Daxili İşlər Nazirliyini tənqid etmişdi. O bildirmişdi ki, polislər bu sahədə sanki “plan doldururlar”.

Bu da qeyd olunmalıdır ki, beynəlxalq insan haqları və başqa təşkilatların hesabatlarında Azərbaycanda, xüsusilə də hökumət tənqidçilərinə qarşı qondarılan əsas ittiham növlərindən birinin narkotiklər olduğu göstərilir.


Azərbaycan Avropada üçüncüdür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda qadın və kişi binanın eyvanından yıxıldı
    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
     29.04.2017
    Mədə-bağırsaq xəstəliyi olanlara həkimdən təbii resept
    Mədə-bağırsaq xəstəlikləri geniş yayıldığından bununla əlaqədar mütəxəssis reseptini təqdim edirik.
     29.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ