EURO 1,9483 NEFT 54,49
USD 1,8311 RUB 0,0308
  1. http://www.islamazeri.az/
  2. İNFO

Kateqoriya : İNFO

Yayınlanma tarixi:17.10.2016 11:42:44

Tarixdən əvvəlki dövr

a

1960-cı ildə aşkar edilmiş, daş dövrünə aid Azıx mağarasında Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə fiziki tipinə görə sinantrop tipli insanla neandertal adamı arasında keçid mərhələsindədir. Azıx mağara düşərgəsinin Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insan qalığına şərti olaraq Azıxantrop, yəni Azıx adamı adı verilmişdir.

Qobustan dövlət tarixi-bədii qoruğunda Mezolit dövründən orta əsrlərə qədər dövrü əhatə edən 6000 qayaüsta rəsm vardır. Ancaq burada primitiv incəsənətin çiçəklənmə dövrü Mis dövrü hesab edilir. Bu dövrdə qədim tayfaların yüzilliklərin əsəri olan həyat təcrübəsi dini və bədii görüşlər baxımından tam ifadə edilirdi.

b

Təxminən eramızdan əvvəl 6000-4000-cü illərdə Zaqafqaziyada Şulaveri-Şomutəpə mədəniyyəti inkişaf etmişdir. Bu mədəniyyət adını Gürcüstanda yerləşən Şulaveridən və Azərbaycan yerləşən Şomutəpədən alır. Şulaveri-Şomutəpə mədəniyyətinin mənsubları yerli obsidianı alətlər düzəltmək üçün istifadə edir, üzüm kimi mədəni bitkiləri yetişdirir, maldarlıqla məşğul olurdu. Bir çox xarakteri mədəniyyətin Yaxın Şərqin neolit mədəniyyətlərindən törədiyini göstərir.

E.ə. IV minilliyin ortalarında Azərbaycanda (Ağdamda) Leylatəpə mədəniyyəti mövcud olmuşdur. Keramik qablarda dəfn bu mədəniyyət üçün xarakterikdir. Tipik Ön Asiya yaşayış məntəqəsi kimi Leylatəpə evlərin sıx yerləşdiyi məntəqədir. Bəzi rus alimlərinin fikrincə Leylatəpə mədəniyyətinin üzvləri Maykop mədəniyyətinin yaradıcısı olub.

c

E.ə. IV-III minilliklərdə Azərbaycanın da daxil olduğu geniş bir ərazidə Kür-Araz mədəniyyəti mövcud olmuşdur. Bu mədəniyyət yerli filiz yataqlarının geniş istifadəsi və metalişləmə sənətinin yüksək inkişaf səviyyəsi ilə xarakterizə olunur. Bu dövrdə həmçinin dulusçuluq, bağçılıq, Mesopotamiya və Kiçik Asiya ilə ticarət inkişaf etmişdir.

Son tunc və erkən dəmir dövründə (e.ə. II minilliyin ikinci yarısı - e.ə. I minilliyin əvvəlləri) Muğan düzündə və Talış dağlarında Muğan mədəniyyəti mövcud olmuşdur. Bu dövrdə əsas məşğuliyyət növləri maldarlıq və kənd təsərrüfatı idi. Qərbi Asiya tipində tunc və dəmir qılınclar bu dövr üçün xarakterikdir.

Naxçıvan MR ərazisində son tunc və erkən dəmir dövründə (e.ə. II minilliyin ikinci yarısı - e.ə. I minilliyin əvvəlləri) Boyalı Qablar mədəniyyəti mövcud olmuşdur. 1896, 1904 və 1926-cı illərdə Qızılvəng monastırı yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbir abidələri aşkar olunmuşdur. Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır.

d

Eramızdan əvvəl XIII-VII-ci əsrlərdə Şərqi və Mərkəzi Zaqafqaziyada Xocalı-Gədəbəy mədəniyyəti mövcud olmuşdur. Bu dövr əsasən qəbrlərdən öyrənilib. Xocalı kurqanında 1895-ci ildə E. Resler tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı Assuriya şahı II Adadnirarinin adı yazılmış muncuq tapılıb. İvan Meşşaninova görə bu tapıntı Zaqafqaziyanın İkiçayarası və Mesopotomiya ilə münasibətlərini aydınlaşdırmaq üçün geniş imkanlar açır.

E.ə. IV əsr - eramızın VIII əsrlərində Cənubi Qafqazda, xüsusilə də Qafqaz Albaniyası ərazisində Küp qəbirləri mədəniyyəti yayılmışdır. Bu mədəniyyətdə ölülər bükülü vəziyyətdə sağ və ya sol böyrü üstə, əsasən, üfüqi şəkildə dəfn olunurdu. Qəbir invertarları metal (tunc və başlıca olaraq dəmir alət və silahlar, bürünc, gümüş və qızıl bəzək şeyləri), ağac, daş, gil, şüşə və pastalardan ibarət idi. Nisbətən sonrakı dövrlərə aid qəbirlərdə Roma, Arşaki və Sasani sikkələrinə də təsadüf edilir. Bu mədəniyyət əkinçilik, heyvandarlıq, ovçuluq, balıqçılıq və sənətkarlıqla məşğul olan oturaq əhaliyə aiddir.


Azərbaycan arxeologiyası - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Şəhidlərin qanlı paltarı bu gün də saxlanılır”
    "O zaman millətin oğulları dedilər ki, Kirovun heykəli Dağüstü parkdan götürülməlidir və şəhidlər orda dəfn olunmalıdır və belə də oldu”.
     19.01.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ