EURO 1,9794 NEFT 71,76
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:30.06.2018 17:26:56

Elxan Şahinoğlu: “Bu, müharibənin anonsudur”

Avropanın hərbi texnika və silah istehsalı ilə məşğul olan ən iri konserni “Rheinmetall” Azərbaycanla müqavilə imzalamaq niyyətindədir. Bu barədə Almaniya mətbuatında dərc olunan yazılarda bildirilib.

İyunun ortalarında Parisdə keçirilən “Eurosatory 2018" beynəlxalq hərbi sənaye sərgisi çərçivəsində Almaniyanın ”Rheinmetall" şirkətinin nümayəndəsi Con Teylor və Azərbaycanın mərhum müdafiə sənayesi naziri Yavər Camalov “ikitərəfli əməkdaşlığın gələcəyi haqqında” birgə bəyannamə imzalayıblar.

“Rheinmetall”ın verdiyi məlumata əsasən, Azərbaycanla əməkdaşlıq imkanlarının öyrənilməsi barədə razılığa gəliblər. Qeyd olunub ki, “Rheinmetall” konserni Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) embarqo qoymadığı sahələrdə Azərbaycana hərbi xidmətlər göstərəcək.

Almaniyanın və Avropanın ən iri hərbi şirkətinin Azərbaycana silah və hərbi texnika satmaq perspektivi İrəvanda ciddi təşviş yaradıb. Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan bildirib ki, “Rheinmetall” kimi iri həcmdə hərbi texnika istehsal edən şirkətin Azərbaycanla əməkdaşlığı münaqişə zonalarına hərbi texnika göndərilməsi ilə bağlı Almaniya qanunvericiliyini pozur və Berlinin beynəlxalq öhdəliklərinə ziddir. Bu əməkdaşlığın Cənubi Qafqazda hərbi balansı növbəti dəfə Azərbaycanın xeyrinə pozacağından narahat olan Aşotyan Bundestaqın diqqətini bu məsələyə çəkəcəyini deyib.

Ekspertlər son illərdə müxtəlif ölkələrdən müasir silahlar alaraq sürətlə silahlanan Azərbaycanın bununla düşmən Ermənistana ciddi mesajlar verdiyini düşünürlər. Əslində bunun müharibə hazırlığı olduğu bildirilir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanın Ermənistanı cəzalandırmaqdan başqa yolunun qalmadığını bildirdi: “Bəli, bu, müharibənin anonsudur. Azərbaycan cəmiyyəti və hakimiyyəti artıq beynəlxalq hüquqa inanmır və bunu zaman da sübut edir. Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymur, mexanizmlərini işə salmır. Ona görə də Azərbaycan prezidenti də əmin olub ki, torpaqların işğaldan azad olunmasının yeganə alternativi ordunun əməliyyatları ilə bağlıdır. ”Düşmənin istənilən strateji obyektini məhv etməyə qadirik. Bütün strateji məntəqələr Azərbaycan ordusu tərəfindən məhv edilə bilər" - deyən İlham Əliyev Azərbaycanın artan gücü qarşısında Ermənistanın zəifləyəcəyi qənaətindədir. Ermənistanı cəzalandırmaqdan başqa yol qalmayıb. Hələ heç bir Avropa ölkəsi Azərbaycana silah satmayıb. Biri satsa, o birilər də satmağa başlayacaq və əminəm ki, Avropa dövlətləri də Azərbaycana silah və hərbi texnika satmaqda maraqlı olacaqlar. Çünki Azərbaycan Avropanın enerji təminatçılarından birinə çevrilir. Deməli, onlar da Azərbaycanın təhlükəsizliyi haqqında düşünməlidirlər. Silahlanmaya milyardlarla dollar xərclərimiz və son hərbi parad düşmənə ciddi xəbərdarlıqdır. Böyük dövlətlər, o cümlədən Rusiya Azərbaycan ordusunun yeni strategiyasına mane ola bilmir. Rusiya 2016-cı ilin aprelində Azərbaycan ordusunun daha böyük ərazini azad etməsinə imkan vermədi, müharibənin qarşısını aldı. Ancaq Rusiya rəsmiləri Azərbaycan ordusunun Naxçıvan istiqamətində həyata keçirdiyi hərbi əməliyyata heç nə demədilər. Həmin əməliyyatdan sonra İlham Əliyev Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Putin Azərbaycanla siyasi münasibətlərin yüksək səviyyədə olduğunu dedi. Başqa sözlə, Azərbaycan ordusunun strateji yüksəklikləri azad etməsinə Rusiya da sərt reaksiya vermir. Odur ki, rəsmi Bakı bu siyasətini getdikcə genişləndirəcək. Erməni ekspertlər qorxurlar ki, Rusiyada futbol üzrə dünya çempionatı bitdikdən sonra Azərbaycan ordusu yenidən hücuma keçə bilər. Bu çempionatdan sonra dərhal olmasa da, istənilən digər vaxt baş verə bilər. Avropa, o cümlədən Almaniya da anlayır ki, Azərbaycan haqlıdır. Buna görə də haqlı tərəfə silah satmaq Almaniya üçün problem yaratmamalıdır".

Politoloq qeyd etdi ki, Rusiyanın Ermənistana verdiyi silahlar bir neçə yüz milyon dollar civarındadır: “Biz içi Rusiya qarışıq, müxtəlif dövlətlərdən on milyardlarla dollar silah almışıq. Bu mənada Ermənistan Azərbaycana ayaqlaşa bilmir və bu, təbiidir. Bizim əlimizdə olan silahlar böyük hədəflərə çatmağa imkan verir. Bunun içində işğal altındakı torpaqların azad olunması da var”. (“Yeni Müsavat”)


Azərbaycan Almaniyadan hərbi texnika və silah alacaq: “Bu, müharibənin anonsudur”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dolların sabaha olan məzənnəsi
    İyulun 19-na manatın məzənnəsi açıqlanıb.
     18.07.2018
    Tuneli bağlayıb şou göstərən gənclər barədə xəbər var- VİDEO
    Sosial şəbəkələrdə bir qrup gəncin Bakının mərkəzi küçələrindən birində tuneli bağlayaraq, əylənməsini əks etdirən görüntülər yayılmışdı.
     18.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ