EURO 1,9828 NEFT 73,13
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:13.10.2017 09:23:43

Azərbaycan hazırda xaricdən aldığı 95 markalı benzini artıq özü istehsal edəcək.

Bunun üçün Heydər Əliyev adına neft emalı zavodunda yenidənqurma işləri gedir. 2020-ci ildə artıq Azərbaycandakı avtomobil sahibləri maşınlarına yerli 95 markalı benzin tökərək sürə biləcəklər.

Hazırda xaricdən ixrac edilən 95 markalı benzini Azərbaycan özü istehsal edəcək.Bundan başqa Azərbaycanda istehsal olunan digər yanacaq növlərinin keyfiyyəti də dəfələrlə artacaq. Bu Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən yenidənqurma işləri sayəsində mümkün olacaq.

Zavodun Modernizasiya və yenidənqurma üzrə direktor müavini Rasim İbrahimov bildirir ki, artıq yenidənqurma üçün fit layihə hazırdır və yaxında tender keçirilərək tikinti işlərinə başlanacaq.

Smeta dəyəri 1 milyard 500 milyon dollar olan modernizasiya işləri neft emalı sahəsində dünyanın aparıcı şirkətləri ilə birgə həyata keçirilir. Bu isə o deməkdir ki, əldə olunan məhsullar da ən yüksək keyfiyyətdə olacaq, eləcə də zavodun istehsal həcmi artırılacaq.
Yeni qurğuların quraşdırılacağı ərazilərdə isə hazırlıq işləri demək olar ki artıq yekunlaşmaq üzrədir.


Azərbaycan “Aİ-95” benzin istehsal edəcək - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropa iqtisadiyyatı 10 milyard dollar ziyana uğrayıb
    Avstriyanın Tehrandakı səfiri Stefan Şults, ABŞ-ın nüvə müqaviləsindən çıxmasından sonra bu qısa müddətdə Avropa iqtisadiyyatının 10 milyard dollar zərərə uğradığını açıqlayıb.
     20.07.2018
    Almaniyadan deportasiya olunanlarla bağlı rəsmi AÇIQLAMA
    Almaniyadan sığınacaq istəyən 51 azərbaycanlı iyulun 18-də Azərbaycana deportasiya edilib.
     20.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ