EURO 2,0865 NEFT 65,31
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:27.01.2018 11:16:23

Ayətullah Xameneinin 2018-ci il yanvarın 16-da şəhid general Əli Yeylaqinin ailəsilə keçirilmiş görüşdə

İslamazeri.com xəbər verir ki, İran mediasında "Ayətullah Xameneinin Əsərlərinin Qorunması və Yayılması Ofisi"nin informasiya saytı bu gün İslam İnqilabının  Rəhbərinin 2018-ci il yanvarın 16-da şəhid general Əli Yeylaqinin ailəsilə keçirilmiş görüşdəki çıxışından bəzi mətləbləri yayıblar.

Ayətullah Xamenei çıxışı zamanı  "Mənim, məqsədi və imanı düzgün olan təqdirdə, bugünkü gənclərə ümidim, inqilabın birinci nəslinə olan ümiddən çoxdur.", -deyə qeyd edib.

İnqilab lideri bunun səbəbini belə açıqlayıb: "Birinci nəslin gəncləri emosiyalar və həyəcan üzündən iş görüb; onların əksəriyyəti emosiyalar üzündən gedərək, tam şücaətlə casusluq yuvasını aldı, amma sonradan gedib, amerikalılarla söhbət edərək üzr istədilər; bu, o məqsədin dərinliyinin az olmasından irəli gəlir."

Ayətullah Xamenei bugünü gənclərlə bağlı isə bunları deyib: "Bugünkü gənclər nə etdiklərini bilirlər. Bunun bir nümunəsi, Höcəcinin özüdür və bu qəbildən yüzlər, bəlkə də minlərlə nümunə mövcuddur."

Ayətullah Xamenei daha sonra gənclərə tövsiyə edərək "Gələcək sizlərindir. Bu məmləkət sizlərindir. Bacardıqca özünüzü qurun, həm fikri cəhətdən, həm də iman cəhətdən qurun; Allah-Taala ilə ünsiyyət yaradın. Eləyə bilsəniz, bacardığınız qədər gecə namazı qılın; diqqətlə qılın, Quranı oxuyun.", -deyə əlavə edib.


Ayətullah Xameneinin İnqilabın birinci nəslindən, indiki nəslinə ümidi daha çoxdur - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Bakıya gəlib
    İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkman Bakıya gəlib
     22.02.2018
    Azərbaycanda 20 mindən çox alkoqolik var
    Azərbaycanda yeni qeydiyyata götürülən alkoqoliklərin sayı artıb.
     22.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ