EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:20.08.2018 12:32:51

"ABŞ müsəlmanları üz-üzə qoymaq istəyir və bir-birilə döyüşə şövq edir"

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei hacılara müraciətində deyib.

O ABŞ-ın müsəlmanlar arasında militarist siyasətinə toxunaraq deyib: "Ayıq-sayıqlıqla bu şeytani siyasəti zərərsizləşdirmək lazımdır və həcc, müşriklərdən bəraət bu ayıq-sayıqlığa şərait yaradır".

İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei bazar ertəsi günü Allah Evi hacılarına müraciətdə vacib həcc əməllərini yerinə yetirmək üçün daimi bir məkanın təyin olunmasını müsəlmanlar və islam ümmətinin birliyi üçün simvol adlandıraraq "Həcc bu məkanda və bu zaman kəsiyində, həmişə və bütün illərdə, şəffaf dili və açıq-aşkar məntiqi ilə müsəlmanları birliyə çağırır və islam düşmənlərinin istəyinin tam qarşısında dayanır. Düşmənlər bütün dövrlərdə, xüsusilə də hazırkı dövrdə müsəlmanları bir-birləri ilə qarşılaşmağa təşviq edirlər", -deyə əlavə edib. 

 Ayətullah Seyid Əli Xamenei  ABŞ-ın imperialist və cinayətkar davranışına toxunaraq sözlərinə belə davam edib: "İslam və müsəlmanlar qarşısında ABŞ-ın əsas siyasəti militarizm, müsəlmanları bir-birinin əli ilə qırğın etmək, zalımları məzlumların canına salmaq, zalım tərəfi dəstəkləmək, zalımın əli ilə məzlumu rəhmsizliklə repressiya etmək, bu dəhşətli fitnənin odunu həmişə daha güclü alovlandırmaqdır". 

İslam İnqilabının rəhbəri müsəlmanların ayıq-sayıq olmalarını və bu şeytani siyasəti zərərsizləşdirmələrini vurğulayaraq  "Həcc bu ayıq-sayıqlığa şərait yaradır və bu, Həccdə müşriklər və zalımlardan bəraətin fəlsəfəsidir", -deyə qeyd edib. 

"Əziz hacılar! Suriya, İraq, Fələstin, Əfqanıstan, Yəmən, Bəhreyn, Liviya, Pakistan, Kəşmir, Myanma və digər bölgələrdə islam ümməti və məzlumlar üçün dua etməyi unutmayın, ABŞ və digər zalımların əllərinin kəsilməsi və onların məğlub olmasını Allah-Təaladan istəyin.", - Ayətullah Xamenei bildirib. 


Ayətullah Xameneidən Həcc mesajı: ABŞ müsəlmanları üz-üzə qoymaq istəyir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Generel Səlamidən Pompeoya cavab: İranlıların yemək artıqları 50 milyon amerikalı acı doyurar
    General Səlami bu reaksiyanı Pompeonun İran xalqını ac qoymaq təhdidinə göstərib.
     17.11.2018
    Məhərrəmovların Madriddəki şərab biznesi - FOTO-VİDEO
    Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesi ilə bağlı maraqlı araşdırma edilib.
     17.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ