EURO 1,8738 TRY 0,286
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:11.01.2020 16:16:03

Sərnişin təyyarəsinin süqut etməsindən dərhal sonra bu hadisənin başvermə tərzi barədə təhqiqat əlaqədar rəsmilərin iş gündəmində durub.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei  ölkənin hava hücumundan müdafiə sistemində faciəli səhvdən xəbər tutan kimi dünən günortaçağı ölkənin Ali Milli Təhlükəsizlik Şurasının iclasının təcili surətdə keçirilməsi və məsələnin araşdırılması barədə göstəriş verib.

Sərnişin təyyarəsinin süqut etməsindən dərhal sonra bu hadisənin başvermə tərzi barədə təhqiqat əlaqədar rəsmilərin iş gündəmində durub.

Cümə günü səhər bu hadisədən 48 saatdan az bir fasilədə ölkənin baş hərbi komandanları üçün insan səhvinin yəqinləşməsindən sonra Ayətullah Xamenei və ölkə prezidenti məsələ barədə məlumatlandırılıblar.

İnqilab rəhbəri  ölkənin hava hücumundan müdafiə sistemində faciəli səhvdən xəbər tutan kimi dünən günortaçağı ölkənin Ali Milli Təhlükəsizlik Şurasının iclasının təcili surətdə keçirilməsi və məsələnin araşdırılması barədə göstəriş verərək deyir ki, Ali Milli Təhlükəsizlik Şurasında araşdırma bitdikdən sonra hadisənin əsli və araşdırmaların nəticələri sədaqətlə və açıq şəkildə əlaqədar orqanlar tərəfindən xalqa elan edilsin.

Ayətullah Xameneinin göstərişindən sonra ölkənin Ali Milli Təhlükəsizlik Şurası dünən gecə iclas keçirib və İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının bugünsəhərki bəyanatı və prezidentin İran xalqına müraciəti bu iclasın nəticələrinin bir hissəsi olub.

Xamenei İran Silahlı Qüvvələrin Baş Qərargahının Ukrayna sərnişin təyyarəsinin süqut etməsi barədə araşdırmalarının nəticələrindən və insan səhvi məsələsinin sübut edilməsindən sonra bu gün bir müraciətdə bu hadisə qurbanlarının ailələri ilə bir daha dərin həmdərdlik bildirərək, bu kimi hadisələrin təkrarlanmaması üçün lazımı nəzarət və araşdırmaların aparılması barədə Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərlərinin üzərinə tələb qoyub.

İslam inqilabının əhbəri həmçinin bu hadisədə həyatlarını itirənlərə Allah təaladan rəhmət və lütf, ailələrinə isə səbr və mükafat diləyiblər. 


Ayətullah Xamenei Ukrayna təyyarəsilə bağlı göstəriş verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusla bağlı Ağciyər Xəstəlikləri İnstitutunda 8 palata ayrıldı
    Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb.
     28.01.2020
    İsrail əsgərləri 17 fələstinlini həbs etdi
    İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindÓ™ 17 fələstinlini həbs edib.
     28.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ