EURO 1,957 NEFT 79,59
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:02.01.2018 16:39:31

İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei İrandakı hadisələrlə bağlı danışıb

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam İnqilabının  rəhbəri Ayətullah Seyid Əli Xamenei İrandakı hadisələrlə bağlı danışıb.  Ayətullahül-üzma Xamenei şəhid ailələri ilə həftəlik görüşündə İran xalqının izzəti, təhlükəsizlik və tərəqqisinin şəhidlərin fədakarlığına borclu olduğunu bildirib. 

Son hadisələrə və düşmənlərin İran islami quruluşuna zərbə vurmaq cəhdlərinə toxunan Ayətullah Xamenei deyib: "Düşmənə və onun düşmənçiliyinə mane olan amil xalqdakı şücaət, fədakarlıq və iman ruhudur."

 İslam İnqilabının  rəhbəri  düşmənin həmişə İran xalqına nüfuz edib ona zərbə endirmək fürsətini gözlədiyini bildirərək  "Son günlərin hadisələrində İran düşmənləri pul, silah, siyasət və təhlükəsizlik aparatı kimi ixtiyarlarında  olan müxtəlif vasitələrlə islami quruluşa problem yaratmaq üçün müttəfiq oldular.", - deyə əlavə edib.

Ayətullah Seyid Əli Xamenei bildirib ki, baş verən hadisələrlə əlaqədar öz fikirləri var və vaxtı gəldikdə bu fikirləri xalq ilə bölüşəcək. 

Həzrət Ayətullahül-üzma Xamenei şücaət və fədakarlıq əhval-ruhiyyəsinin düşmənlərin öz düşmənçiliklərini həyata keçirmələrinə mane olduğunu bildirərək şəhidləri bu kimi əhval-ruhiyyənin kamil nümunəsi adlandırıb: "İran xalqı evindən və ailəsindən ürəyini üzərək qərb, şərq və regionun irticaçıları tərəfindən himayə olunan xəbis düşmən qarşısında sinəsini sipər etmiş şəhidlərə sonsuza qədər borcludur."

İslam inqilabının rəhbəri Asiyanın qərbi və Afrikanın şimalında bəzi ölkələrin acınacaqlı durumunu xatırladıb: "Qəbul etdirilmiş müharibədə  düşmənin ayağı İrana açılsaydı heç nəyə rəhm etməyəcəkdi və İran bugünkü Liviya və Suriyadan daha pis duruma düçar olacaqdı."  


Ayətullah Xamenei Tehrandan son hadisələrlə bağl dünyaya mesaj verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda dəhşət: 10 yaşlı oğlan ürəyindən güllələndi
    Bakıda 10 yaşlı oğlan bədbəxt hadisənin qurbanı olub.
     22.10.2018
    Putin: Yaxın Şərq problemlərinin kökündə ABŞ, İsrail...
    Rusiya prezidenti Yaxın Şərqdəki problemlərin səbəbləri haqda danışıb.
     22.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ