1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:05.02.2020 19:38:14

"Amerikanın “əsrin sövdələşməsi” planı Trampın ölməsindən qabaq öləcək"

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bu sözləri İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei bu gün (çərşənbə) səhər əhalinin ayrı-ayrı təbəqələrindən olan minlərlə nümayəndəsi ilə görüşü zamanı deyib.

Görüş zamanı o deyib ki, 22 bəhmən yürüşü və İslam Şurası Məclisinə seçkilər İran xalqının iki böyük sınağıdır.

Məclisin layiqli namizədlərinin xüsusiyyətlərindən danışan Ali Rəhbər xalqın 2 isfənd seçkilərindəki ayıq və izdihamlı iştirakının daxili və beynəlxalq problemlərin həllinə təsir göstərəciyini deyib.

“Hər kəs əziz İranı, vətənin təhlükəsizliyini, onun abrının qorunmasını və problemlərin həll olunmasını istəyir. İranlıların milli əzmkarlığı və iqtidarının bir daha nümayiş etdirmək üçün seçki qutularının yanında olmaq lazımdır”, -deyə Ayətullah Xamenei əlavə edib.

ABŞ-ın “Əsrin müqaviləsi” adlanan layihəsinin axmaq, çirkin və iflasa uğramış bir layihə adlandıran Xamenei deyib:  “Bu layihə ilə mübarizə yolu xalqın, fələstinli qruplaşmaların müqaviməti və şücaətli mübarizəsi, İslam dünyasının dəstəyidir. Fələstin probleminin əsas həlli də ümumxalq referendumunda əsl fələstinlilərin istədiyi və seçdiyi sistemin hakimiyyətə gəlməsidir”.

İslam İnqilabının Rəhbəri bildirib ki, “Fəcr ongünlüyü” ölkə üçün misilsiz günlər, milli iqtidar və əzmkarlığın simvoludur: “İran xalqı Fəcr ongünlüyündə öz əzmkar iradəsi və dünyada misli olmayan rəhbəri olan böyük İmamın rəhbərliyi ilə istibdad, zülm və fəsadın bir neçə minillik çürümüş binasını yerlə yeksan edə, yadların hökmranlığına və xalqın tapdaq altında qalmasına son qoya, yerində isə demokratik bina təsis edə bildi”.

 Ayətullah Xamenei  İslam İnqilabının ilk günündən indiyə qədər keçirilmiş müxtəlif seçkilər İslam dövlətinin xalqın səsləri əsasında möhkəmləndiyini deyərək “Əlbəttə, İslam dövləti xalqın dövləti olmaqla yanaşı, həm də dini dövlətdir. Buna görə də İrandakı demokratiya İslami demokratiyadır”, - əlavə edib.

İslam İnqilabı kuderu bildirib ki,  Şəhid Süleymani, Müqəddəs Müdafiə döyüşçüləri və Hərəmin müdafiəçiləri kimi şəxsiyyətlərin yetişdirilməsi, şəhidlərin ailələrinin güclü ruhiyyəsi və səbri dini dövlətin nəticələrindəndir: “Şəhid Süleymaninin bariz xüsusiyyətlərindən biri məsuliyyət və imandır. Ümumiyyətlə, iman saleh əməl və cihad ruhiyyəsi ilə yanaşı olduqda, hətta düşmənlərin də təriflədiyi general Süleymani kimi bir şəxsiyyət formalaşır”.

 Ayətullah Xameneinin sözlərinə görə, 22 bəhmən yürüşünün Şəhid General Süleymaninin qırx mərasimi günlərinə təsadüf etməsi xalqın ikiqat marağına səbəb olacaq: “İnşallah İran xalqı 22 bəhmən yürüşündə öz izdihamlı iştirakı ilə düşmənin siyasətlərinə sarsıdıcı bir zərbə endirəcək”.

İslam İnqilabının Rəhbəri sözlərinin davamında deyib ki,   prezident və parlament seçkiləri yeni fikirlər və yeni yolların ölkənin qərarverici və qərar qəbul edici dairəsinə giriş üçün bir fürsətdir.

“Xüsusilə xalq layiqli insanları seçdikdə yeni yollar və yeni düşüncələr ölkə və əhalinin problemlərinin həlli prosesində rol oynayır. İqtisadiyyat, mədəniyyət, elmi inkişaf və bu qəbildən olan məsələlər çox mühümdür. Ancaq bu məsələlərin hamısının əsası seçkilərdir. Çünki ümumi, güclü və düzgün seçki keçirilərsə, bütün problemlər tədricən həll olar”, -deyə Ayətullah Xamenei əlavə edib.

O, seçkilərlərlə bağlı deyilən bəzi fikirləri tənqid edərək və təəssüfləndiyini bildirərək deyib: “Seçkilər bütün bu aspektlərdən əhəmiyyət və effektiliyə malik olduğu halda, müxtəlif məyusedici sözlərlərlə onu nəzərdən salmaq olmaz”.


Ayətullah Xamenei "Əsrin sazişi", Süleymaninin imanı və seçkilərin önəmindən danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Netanyahunun fırıldaqçılıq və ona göstərilən etimaddan sui-istifadə ittihamları ilə məhkəməsi başlayır
    Məhkəmə Netanyahunun ilkin dinləmədə iştirak edəcəyini bildirib.
     19.02.2020
    Beyinləri kiçik olanlar oğurluq və zorakılığa meyllidir - Alimlərin yeni araşdırması...
    Alimlərin araşdırmaları oğurluq və zorakılıq edənlərin, eləcə də yalan danışanların beyinlərinin daha kiçik olduğunu aşkar edib.
     19.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ