EURO 1,9143 TRY 0,294
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:05.06.2019 20:27:55

Tehranda Fitr bayamının xütbəsində İslam İnqilabının Rəhbəri önəmli mesajlar verib

İslamazeri.com leader.ir saytına istinadən xəbər verir ki, İslam İnqilabının  Rəhbəri  Ayətullah Xamenei bu gün Tehranda İmam Xomeyni(r.ə.) adına müsəllada keçirilən səadətli fitir bayramı namazının xütbələrində bu böyük bayram münasibətilə İslam Ümmətini və İran xalqını təbrik edərək, Fələstin məsələsini və Amerikanın ”əsrin sövdələşməsi” adı altındakı xaincəsinə planını İslam Dünyasının birinci dərəcəli məsələlərindən adlandırıb.

İslam İnqilabının Rəhbəri böyük “Qüds günü” yürüşündə əzəmətli iştirakına görə İran xalqına səmimi qəlbdən təşəkkür edərək deyib:  “Xalqın bu böyük hərəkatdakı güclü və qətiyyətli iştirakının İran xalqının düşmənlərinin iradəsi və beynəlxalq siyasətlərinə çox böyük təsiri var; onların hesablamalarını darmadağın edir”.

Mübarək Ramazan ayının İlahi rəhmət və bərəkətlər, qəlblərin təmizləndiyi və imanın aşkara çıxdığı bir ay olduğunu deyən Ayətullah Xamenei imtahanlar ərəfəsinə təsadüf etməsinə baxmayaraq, isti günlərdə oruc tutmaqla Allahın əmrinə itaət edən gənclər və yeniyetmələrdən danışaraq  “Bu səhnələr gənc nəsillərin imanı və mənəviyyatının artmaqda olduğunu göstərir”, - qeyd edib.

Ayətullah Xamenei xalqın Quran-Kərimin qiraəti məclisləri, maarifləndirici və bəsirət dolu vəz məclislərindəki əzamətli və yüksək əhval-ruhiyyəli iştirakının, Mübarək Ramazan ayının səhərlərində axıdılan göz yaşlarının Allahın böyük nemətləri olduğunu deyərək  “Gənclər və yeniyetmələrin pak qəlbindən qalxan bu mənəvi xəzinələr ölkənin gələcəyini bərəkətli edəcək”, -bildirib.

İslam İnqilabının Rəhbəri sözlərinin davamında bildirib ki, xalqın Qədr gecələrindəki əzəmətli iştirakı bəndəçiliyin mühüm və ibrətamiz cilvələrindən biridir: “Qədr gecələrində cəmiyyətin ayır-ayrı təbəqələrinin mənsubları müxtəlif geyimləri, üslub və davranışları ilə bir damın altına toplaşdı və Allaha yalvararaq göz yaşları tökdülər. Bu fürsətlərin qədrini bilmək lazımdır”.

 Ayətullah Xamenei bayram namazının ikinci xütbəsində mübarək İslam adətlərinin bəzisinə, o cümlədən ölkə əhalisinin qarşılıqlı yardımlaşma ənənəsinin daha da genişlənməsinə və Mübarək Ramazan ayında daha da geniş vüsət almasına işarə edərək deyib:“Yardım göstərmək məqsədilə insanların məscidlər, hüseyniyələr və ümumi məkanlarda sadə iftar süfrələrinin təşkilinə daha böyük maraq göstərməsi, habelə selə məruz qalmış insanlara göstərilən Ramazan yardımları xalq səviyyəsində həyata keçirilən gözəl tədbirlərdəndir”.

İslam İnqilabının Rəhbəri qeyd edib ki,  xalqın hər bir fərdi, habelə məsul şəxslər daşqınlardan əziyyət çəkmiş insanları yaddan çıxarmasınlar: “Lazımlı və təxirəsalınmaz işlərdən biri daşqınlara məruz qalmış insanların problemləridir. Məsul şəxslər onların, xüsusilə havası dözülməz dərəcədə isti keçən Xuzistan kimi regionların əhalisinin problemləri ilə ciddi məşğul olmalı və həmin problemləri həll etməlidirlər”.

O, çıxışının davamında Fələstin məsələsindən, ABŞ-ın “Əsrin müqaviləsi” adlı xain planından söz açaraq onun İslam dünyasının bir nömrəli problemlərindən olduğunu önə çəkərək “Bəhreyn və Ərəbistan kimi bəzi İslam ölkələrinin xəyanəti belə bir mənfur plan üçün zəmin yaratmışdır”, -deyə bildirib.

Ayətullah Xamenei Bəhreynin “Əsrin müqaviləsi” adlı layihə ilə bağlı təşkil edilmiş iqtisadi sammitə ev sahibliyi etdiyini qeyd edərək bildirib “Bu sammit amerikalılara aiddir. Ancaq Bəhreyn rəhbərliyi öz zəiflikləri, acizlikləri, xalq və İslam əleyhinə olan ruhiyyələri ilə bu sammitə ev sahibliyi etdi. Bəhreyn və Səudiyyə rəhbərləri hansı bataqlığıa ayaq basdıqlarını bilməlidirlər”.

İslam İnqilabının Rəhbəri bildirib ki,  “Əsrin müqaviləsi” adlı layihə heç vaxt yekun nəticəyə nail olmayacaq. O bu layihəyə qarşı olduqlarını elan etmiş ərəb ölkələrinə, habelə fələstinli qruplara təşəkkür edib.


Ayətullah Xamenei: Əsrin müqaviləsi yekun nəticəyə nail olmayacaq - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Səudiyyəyə “qulaqburması” verə bilər - SƏBƏB
    ABŞ rəsmisi jurnalist Qaşıqçı ilə bağlı danışıb.
     20.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ