EURO 1,8941 TRY 0,2634
USD 1,7 RUB 0,0215
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:23.02.2020 12:44:10

Ayətullah Xamenei bu gün səhər xarici fiqh dərsinin əvvəlində əcnəbi təbliğat aparatlarının xalqın seçkilərdəki iştirakına qarşı iri həcmli və mənfi atmosfer yaratmalarına işarə edib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri İran xalqının böyük seçkilər imtahanında qənaətbəxş şəkildə parlamasına və düşmənlərin hərtərəfli təbliğatları və planlarını nakam qoymasına görə təşəkkür edib.

Ayətullah Xamenei seçkilərlə bağlı deyib: "Düşmənin ölkənin müxtəlif orqanlarına zərbə vurmaq üzrə fitnəsi qarşısında hamı müdafiə üçün ayıq və hazır olmalıdır."

İnqilab rəhbəri seçkilərə qarşı mənfi təbliğata işarə edərək "Bu mənfi təbliğat bir neçə ay bundan öncə başlanıb və seçkilərin yaxınlaşması ilə artıbdır və son iki gündə də bir xəstəlik və virus bəhanəsilə onların mediaları xalqı seçkilərdə iştirak fikrindən daşındırmaq üçün minimum fürsətə belə göz yummadılar.", - deyə əlavə edib.

Ayətullah Xamenei Allah-Təalaya şükr edib, qərəzli təbliğatlara rəğmən, xalqın seçkilərdəki geniş iştirakına görə, öz dərin minnətdarlıqlarını bildirib. 

O həzrət düşmənlərin İran xalqı ilə düşmənçiliklərinin xalqın dini və inqilabi inancları, mədəniyyət və iqtisadiyyat meydanları ilə məhdudlaşmadığını qeyd edərək deyib: "Onlar hətta İran xalqının seçkiləri ilə də müxalifdirlər. Xalqın inqilabın xidmətində və din adına seçkilərdə iştirakı fenomeninin bir gerçəklik kimi təsbit olunmasını istəmirlər".

Ayətullah Xamenei islami quruluşda seçkilərin keçirilməsini düşmənlərin dinin azadlıq və demokratiya ilə müxalif olmasına dair iddiasını pozan amil adlandıraraq sözlərinə belə davam edib:  "İran İslam Respublikasında seçkilər göstərir ki, din, hərtərəfli bir demokratiyanın mükəmməl bir simvoludur və 41 il ərzində 37 seçkinin keçirilməsi islami quruluşun demokratiyaya bənzərsiz ciddi-cəhdini göstərir."

İslam İnqilabının Rəhbəri hamını düşməni tanımağa və onun qarşısında sayıq olmağa çağırıb: "Düşmən cəbhəsindən İranın müxtəlif məsələlərinə qarşı minlərlə nəfərin fəaliyyəti qarşısında İran xalqının cəbhəsində milyonlarla nəfər, xalq üçün mümkün olan müxtəlif işlər, təbliğat məsələlərində qarşılıqlı hücum, zərbə və müdafiəyə hazır olmalıdır".


Ayətullah Xamenei seçkilərlə bağlı çıxışında koronavirus məsələsinin şişirdilməsinə işarə etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İllər sonra; BƏƏ-nin vəliəhd şahzadəsi Bəşər Əsədə zəng etdi
    Əsəd BƏƏ-nin Vəliəhd şahzadəsi Əl-Nəhyan telefonla danışıb
     28.03.2020
    Ənsarullahın Səudiyyəyə göndərdiyi fələstinlilərlə bağlı mesaja Həmas-dan cavab
    Həmas Yəmənin Ənsarullah hərəkatına təşəkkür edib
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ