EURO 2,0981 NEFT 74,06
USD 1,7 RUB 0,0279
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:09.04.2018 20:13:22

İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei dövlət rəsmiləri və məsul şəxslərlə görüşüb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei dövlət rəsmiləri və məsul şəxslərlə görüşüb.

O görüşü zamanı Rəcəb ayının əhəmiyyəti, bərəkəti və fəzilətindən danışıb.

Daha sona o dövlət rəsmiləri və məsul şəxslərin təqvaya fikir vermələrinin vacib olduğunu bildirib.

"Məsul şəxslər (və dövlət rəsmiləri) üçün vacib məsələlərdən və müqavimət amili olan təqva və "günah, xəyanət və dünyapərəstlikdən çəkinmə", Allah-Taala ilə əlaqələrin gücləndirilməsindən asılıdır.", -deyə o əlavə edib.

Ayətullah Xamenei tədrici süqutun və qəflətin qarşısını müraqibə yolu ilə mümkün olduğunu bildirərək deyib: "İran İslam Respublikasında biz;  bütün məsul şəxslər, öz ürəyimizin təmir edilməsinə ehtiyaclıyıq, zira İran İslam Respublikası tövhid, ilahi şəriət, ədalət, azadlıq və istiqlaliyyət kimi mühüm amal və hədəflərə əsasən yaranıb və dünyadakı adi hökumətlərdən fərqlənir."

İslam İnqilabının rəhbəri daxili sosial şəbəkələrdən razılığını bildirərək "Məsul şəxslər xalqın və ölkənin daxili mühiti və təhlükəsizliyini qorumalıdırlar, xalqın və ölkənin daxili mühiti və təhlükəsizliyinə təcavüz, "şəri haram"dır və həyata keçirilməməlidir. Dövlət və məhkəmə orqanlarındakı məsul şəxslər xalqın həyatının daxili mühiti və onların sirlərinin qorunub saxlanılmasına çalışmalıdırlar.", -deyə qeyd edib.


Ayətullah Xamenei rəsmiləri xəyanət, günah və dünyapərəstlikdən çəkindirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Oğuzda zəlzələ olub
    Oğuz rayonu ərazisində, Şəkidən 28 kilometr cənub-şərqdə, zəlzələ qeydə alınıb.
     22.04.2018
    22 aprel - Beynəlxalq Yer Günüdür
    22 aprel “Beynəlxalq Yer Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir.
     22.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ