EURO 2,0981 NEFT 74,06
USD 1,7 RUB 0,0279
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:21.03.2018 18:47:19

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Məşhəd şəhərində İmam Rzanın (ə) pak ziyarətgahında Novruz çıxışında bəzi mətləblərə toxunub.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei İmam Rzanın (ə) pak ziyarətgahında Novruz çıxışında bəzi mətləblərə toxunub.

"İslam Respublikası İŞİD kimi zalım, xəbis, hörmətsizlik edən qrupları yaratmaq istəyən ABŞ-ın regiondakı planını zərərsizləşdirdi. Çünki Birləşmiş Ştatlar xalqların diqqətini qəsbkar sionist rejimdən yayındırmağa və onları vətəndaş müharibələri ilə məşğul etməyə çalışırdı. Bu planı biz, Allahın izni ilə zərərsizləşdirdik.Amerikalılar İŞİD-in məhvində iştirak etdiklərini deyirlər. Yalan deyirlər. Onlar İŞİD və İŞİD kimilərin, sadəcə öz əllərində olmasını istəyirlər.", -deyə Ayətullah Seyid Əli Xamenei qeyd edib.

İslam İnqilabının rəhbəri daha sonra deyib: "İslam Respublikası regionun önəmli hissəsində insanları təkfirçilərin şərrindən xilas etdi. Bunlar böyük işlərdir. İndi isə beynəlxalq müdaxiləçilər, bütün dünyada müdaxilə etmək istəyənlər etiraz edirlər ki, İran İraq və Suriyada niyə iştirak və müdaxilə edir? Axı sizə nə aidiyyəti vardır?"

Reqiondakı proseslərə toxunan Ayətullah "Regionda etdiyimiz hər bir kömək məntiqli hesablamalarla idi və emosiyalara qapılma yox idi. Biz bacardıq, uğur da qazandıq. Biz ölkələrin daxili məsələlərinə müdaxilə etmək niyyətində deyilik. Getdiyimiz hər bir yer müraciət əsasında olub. Şübhəsiz, region məsələlərində ABŞ öz məqsədlərinə nail olmayacaq və biz, inşallah, öz məqsədlərimizi reallaşdıracağıq.", -deyə əlavə edib.

İran iqisadiyyatından danışan İnqilab Rəhbəri daha sonra deyib: "Ölkəmizin bütün imkanlarından yararlansaq İranın iqtisadiyyatı 200 ölkənin arasında 12-ci yerdə qərar tutacaq. Fəqət belə bir inkişafın qarşısında ancaq məsul şəxslərin qabiliyyətimizə inanmamaq və ya önəmli hesab etməməyi ola bilər. Məsullar gənclərin gücü və qabiliyyətinə güvənməlidirlər. Bu ilin şüarı isə həm məsullara, həm də xalqımıza xitab edir. Bu mövzuda diqqətə alınması lazım olan nöqtə qaçaqçılıq məsələləri ilə mübarizə və xalqımızın bu cür bütün məsullarını satın almaqdır. Bəziləri məsələn futbol meydanında qırmızı və ya mavi formalı komandalara böyük bir şövqlə azarkeşlik etməkdədirlər, bundan da artq "Real Madrid" və ya başqa xarici komandalara şövqlə azarkeşlik edirlər; amma bu qədər şövqü və ehtirası milli istehsal və iqtisadiyyat məsələsində etsələr problemlərin böyük bir hissəsi həll olardı."


Ayətullah Xamenei "Real Madrid"dən misal çəkib məsul şəxslərdən, ABŞ-ın İŞİD əlaqələrindən danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Oğuzda zəlzələ olub
    Oğuz rayonu ərazisində, Şəkidən 28 kilometr cənub-şərqdə, zəlzələ qeydə alınıb.
     22.04.2018
    22 aprel - Beynəlxalq Yer Günüdür
    22 aprel “Beynəlxalq Yer Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir.
     22.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ