EURO 1,8751 TRY 0,287
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:27.09.2019 11:19:04

İranın Ali lideri nüvə sazişi və digər məsələlər barədə danışıb.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İran İslam İnqilabı lideri Ayətullah Xamenei “Avropanın İranla düşmənçiliyinin, mahiyyətcə, ABŞ-ın düşmənçiliyindən fərqlənmədiyini” bildirib.

O deyib ki, “avropalılar, ilk baxışdan, vasitəçi qismində çıxış edirlər və uzun-uzun nitqlər söyləyirlər, lakin əsas etibarı ilə, onların sözünün bir dəyəri yoxdur”.

Danışıqlar qapısı, ABŞ və Sionist rejimi istisna olmaqla, heç bir dövlət üçün qapalı deyil. Bununla belə, İslam Respublikası ilə düşmənlik edən, ilk növbədə də ABŞ və bəzi Avropa ölkələrinə əsla güvənmək olmaz”, - deyə o əlavə edib.

Ayətullah Xamenei Avropanın nüvə sazişindən sonrakı addımlarına, o cümlədən də, ABŞ-ın bu sazişdən çıxdıqdan sonra, onların öz öhdəliklərini yerinə yetirməməsinə işarə edərək bəyan edib ki, “avropalılar, öz vədlərinə baxmayaraq, ABŞ-ın İrana qarşı sanskiyalarına sadiqdirlər və çətin ki, İran üçün çox mühüm bir addım atsınlar, buna görə də heç bir şəraitdə onlara bel bağlamaq olmaz”.

Düşmənin bütün hiylə və fitnələrinə baxmayaraq, vəziyyət İranın xeyrinə inkişaf etməkdədir. Bu gün isə İran hər zamankından da güclüdür. Bu, İranın regiondakı inqilabi və siyasi qüdrətinin artması ilə öz təsdiqini tapır”, - deyə o bildirib.


Ayətullah Xamenei: Onlara bel bağlamaq olmaz! Sözlərinin dəyəri yoxdur!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Milli Şuranın mitinqinə razılıq verilib, amma...
    Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
     17.10.2019
    Vilayət Eyvazov daha iki rəis təyin etdi
    Daxili işlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.
     17.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ