EURO 1,9794 NEFT 71,76
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:30.06.2018 23:24:44

İslam İnqilabının rəhbəri Ayətullah Xamenei şənbə günü İmam Hüseyn(ə) Hərbi Universitetində keçirilən məzunların buraxılış mərasimində ABŞ əleyhinə sərt açıqlamalar verərək müqavimətin bərəkətinin yaxın olacağını bildirib

 İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Xamenei şənbə günü İmam Hüseyn(ə) Hərbi Universitetində keçirilən məzunların buraxılış mərasimində bəzi mətləblərə toxunub. O ABŞ-ın İranın daxilində etirazlar yaratmaq istəklərinin baş tutmadığını bildirib: "İran xalqının milli iqtidarının ən böyük səbəbi dünyanın ən qəddar və qaniçən qüdrəti yəni ABŞ-ın ötən 40 ildə İran xalqına qarşı hər bir şeydən istifadə etməsinə baxmayaraq ABŞ-ın heç bir şey edə bilməməsidir, onlar heç bir qələt edə bilməyiblər. Bunun müqabilində İran xalqı daha artıq inkişaf edib."

"İran İslam Respublikası quruluşunun güclənməsi və inkişaf etməsi ilə ABŞ-ın da düşmənçilikləri artıb və əlbəttə, bunun müqabilində İran xalqının ABŞ-a qarşı nifrəti də hər gün daha da artıb. İslam Respublikası xalq, imanı və məhəbbətlə dövlətinə bağlı olmasıdır ki, buna görə də, ABŞ prezidentlərinin hamısı İslam Respublikasıa qaşı bütün cəhdləri uğursuz oldu. Hazırkı iqtisadi təzyiqlərdə məqsəd də xalqı yormaq, diz üstə çökdürməkdir. Amma, Allahın köməkliyi ilə biz xalq ilə bağlılığımızı hər gün daha da artıracağıq. Və düşmənləri darmadağın edən birliyimiz ilə mömin, çalışqan və işgüzar gənclərimizi daha da gücləndirəcəyik.", -deyə İslam İnqilabının Rəhbəri əlavə edib.

Ayətullah Xamenei həqiqi qüdrətin xalqın daxilindən gələn və müstəqillik, azadlığa əsaslanan qüdrət olduğunu deyərək bildirib:  "Bəzilərinin əcnəbilərə pul verərək, onlardan silah almaları və silah bazaları yaratmaları  qüdrət nişanəsi deyil. Dünyanın o başından gələrək, burda bir ölkədə hərbi baza vuraraq, bir sülalənin hakimiyyətini sürdürmək üçün həmin ölkə xalqının qanını içmək axmaqlıq və zillətin nişanələridir."

Ayətullah Xamenei İran xalqının qüdrəti və gücünün bir başqa nişanəsini ABŞ tərəfindən İran İslam Respublikası quruluşuna qarşı müxtəlif regional koalisiyaların təşkil edilməsi qeyd edərək "Əgər Amerika təklikdə öz məqsədlərinə çata bilsəydi, regionun üzüqara və irticaçı ölkələri ilə koalisiya təşkil etməzdi.", -deyə bildirib.

İslam İnqilabı lideri sözlərinin davamında deyib:  "İran xalqının düşmənərin hərbi, iqtisadi, siyasi və təhlükəsizlik baxımından təcavüzə cürət edə bilməyəcəkləri bir mövqeyə yiyələnəcəyi zaman heç də uzaq deyil və gənclər o günü görəcəklər."

Ayətullah Xamenei düşmənin qarşısında təslimə səsləyən şəxsləri də sərt tənqid edərək "Təslim olmanın bədəli müqavimətin bədəlindən qat-qat yüksək olmaqla yanaşı, möhkəm dayanmanın bərəkəti və faydaları təslim olmaqdan yüz dəfələrcə daha yüksəkdir. İnadçı düşmən müqabilində diz çökmək əzilmə ilə xariciləşmədən başqa bir şeylə nəticələnməyək.", -deyə əlavə edib.

İslam İnqilabı lideri həmçinin xalq və rəsmilər daxil hər kəsi, etdiklərinə diqqət etməyə dəvət edərək, rəsmilərdən xalqa qarşı laqeysizlik, qəflət, təmbəllik, təkəbbür və komfort həyat düşkünlüyündən uzaq olmağa səsləyib.

 


Ayətullah Xamenei: Kibr, xalqa laqeydsizlik, komfort həyat düşkünü olmaqdan uzaq olun!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dolların sabaha olan məzənnəsi
    İyulun 19-na manatın məzənnəsi açıqlanıb.
     18.07.2018
    Tuneli bağlayıb şou göstərən gənclər barədə xəbər var- VİDEO
    Sosial şəbəkələrdə bir qrup gəncin Bakının mərkəzi küçələrindən birində tuneli bağlayaraq, əylənməsini əks etdirən görüntülər yayılmışdı.
     18.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ