EURO 1,9343 NEFT 71,97
USD 1,7 RUB 0,0254
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:05.04.2018 10:03:51

"Yalançı, aldadıcı və qəsbkar rejimlə müzakirəyə doğru hərəkət etmək bağışlanmayan böyük yanlışlıqdır."

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bu sözləri İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli  Xamenei çərşənbə günü Fələstin İslam Müqaviməti Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin bir müddət öncəki məktubuna cavabında bildirib.

"Yalançı, aldadıcı və qəsbkar rejimlə müzakirəyə doğru hərəkət etmək bağışlanmayan böyük yanlışlıqdır. Hansı ki, Fələstin xalqının qələbəsini geriyə salır və zülmə məruz qalmış xalq üçün zərərdən başqa heç bir nəticəsi olmayacaq.  Şübhəsiz müqavimət və mübarizə məzlum Fələstinin xilasının yeganə yolu, şücaətli və başıuca xalqa vurulmuş yaralara yeganə məlhəmdir.", -deyə Ayətullah Xamenei bildirib. 

Ayətullah Xameni daha sonra deyib:  "İslam ümmətinin böyük problemləri haqda İsmayıl Haniyənin məktubunda qeyd olunan məsələlər, regionun bəzi ərəb ölkələrinin xəyanəti, nifaqı və böyük şeytanın (ABŞ) ardınca getmək istiqamətində onların xəbis planları, düşmənin təzyiqi, zülmü və cinayəti qarşısında ön cəbhədə fələstinli mübarizlərin mücahidliyi əsil həqiqətdir və bizim tərəfimizdən təsdiqlənir. Biz sizi hərtərəfli şəkildə dəstəkləməyə borcluyuq." 

İslam İnqilabının Rəhbəri sözlərinin davamında "Hazırda İslam Ümmətinin izzət və iqtidara qayıdışı zalım və onun xəbis planları qarşısında müqavimət sayəsində mümkündür. Fələstin məsələsi isə zalım qarşısında islamın bütün beynəlxalq məsələlərinin başında durur.  Xalqlar, xüsusilə də islam və ərəb ölkələrindəki qeyrətli gənclər, Fələstin məsələsi qarşılığında məsuliyyət hiss edən dövlətlər bu böyük vəzifəni tam ciddiyə almalı, qəhrəmanlığa layiq mücahidliklə düşməni məhvə doğru geri çəkilməyə məcbur etməlidirlər.", -deyə əlavə edib. 


Ayətullah Xamenei İsmayıl Haniyənin məktubuna cavab verdi: Xilasınız müqavimətdədir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycana gələn ərəblərin sayı 100 dəfə artıb
    Statistik məlumatlara əsasən, son beş ildə təkcə üç ərəb ölkəsindən Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 100 dəfədən çox artıb.
     18.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ