1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:22.07.2020 13:05:51

Ayətullah Xamenei vurğulayıb ki, İranın heç vaxt İraqın daxili işlərinə qarışmaq niyyəti olmamış və olmayacaq

İslamazeri.com xəbər verir ki, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei İraqın baş naziri Mustafa əl-Kazimi ilə görüşdə İran və İraq arasındakı əlaqələrin zəngin tarixi, dini və mədəni ortaqlıqlara, ortaq adət və ənənələrə əsasən, sözün həqiqi mənasında qardaşcasına olduğunu deyib.

“İkitərəfli münasibətlərdə İran İslam Respublikası üçün ən çox əhəmiyyət daşıyan məsələ İraqda şəraitin yaxşılaşması, regional güc, maraqlar, mənfəətlər, təhlükəsizlik və izzətdir”, -deyə Ayətullah Xamenei bildirib.

 Ayətullah Xamenei vurğulayıb ki, İranın heç vaxt İraqın daxili işlərinə qarışmaq niyyəti olmamış və olmayacaq da: “İran izzətli, müstəqil və ərazi bütövlüyü, vəhdət və daxili birliyi qorunub saxlanan İraq istəyir”.

 “İran İraq dövlətinin zəifləməsinə səbəb olan hər bir şeyə qarşıdır”, -deyə İslam İnqilabı Lideri əlavə edib.

Sonra Ayətullah Xamenei deyib: “Əlbəttə, amerikalıların İraqla bağlı mövqeyi İranın mövqeyinin tam əksidir. Çünki ABŞ sözün həqiqi mənasında düşməndir və İraqda müstəqil, güclü və əksəriyyətin səsinə əsaslanan hökumətin olmasını istəmir. ABŞ üçün İraqın baş nazirinin kim olması önəmli deyil. Onlar Səddam devrildikdən sonra İraqın amerikalı rəhbəri Pol Bremer kimi bir idarəçinin olmasını istəyirlər. İran İraqın ABŞ-la olan münasibətlərinə qarışmır, lakin iraqlı dostlarımızın ABŞ-ı tanımasını, ABŞ-ın hər hansı ölkədəki varlığının korrupsiya və dağıdıcılığın mənbəyi olduğunu bilməsini istəyir. İran İslam Respublikası İraq hökuməti, xalqı və parlamentinin amerikalıların çıxarılması ilə bağlı qərarının həyata keçirilməsini istəyir. Çünki onların mövcudluğu qeyri-sabitliyə səbəb olur”.

O, ABŞ-ın general Süleymani və Əbumehdi əl-Mühəndisə qarşı törətdiyi terror cinayətinin amerikalıların İraqdakı mövcudluğunun nəticələrindən olduğunu qeyd edərək  "Onlar sizin qonağınızı evinizdə öldürdülər və açıq şəkildə bu cinayəti törətdiklərini etiraf etdilər. Bu kiçik bir məsələ deyil. İran İslam Respublikası bu hadisəni heç vaxt unutmayacaq və mütləq amerikalılara cavab zərbəsi vuracaqdır", -deyə əlavə edib.

Ayətullah Xamenei cənab əl-Kaziminin hökumətini seçmək üçün İraqın siyasi hərəkat və qruplarının bir araya gəlməsinin bəyənilən bir addım olduğunu qeyd edərək deyib: “Amerikalılar və onların əlaltıları daim region ölkələrində güc boşluğunun olmasını, bununla da hərc-mərclik düşməsini və özlərinin müdaxiləsi üçün zəmin yaranmasını istəyirlər. Eynilə Yəməndə də bu işi gördülər və hal-hazırda Yəmənin təəssüf doğuran vəziyyətini hamı görür”.

Əl-Kaziminin hökumətini dəstəklədiyini vurğulayan Ayətullah Xamenei “Ağıl, din və təcrübə İran və İraqın bütün sahələr üzrə əlaqələrinin əvvəlkindən daha çox inkişaf etdirilməsini tələb edir”, -deyə əlavə edib.

İslam İnqilabının Rəhbəri sonra deyib:  “Əlbəttə, İran və İraq arasındakı əlaqələrin inkişafına qarşı olanlar var və onların başında Amerika durur. Lakin ABŞ-dan qətiyyən qorxmaq lazım deyil, çünki heç bir qələt edə bilməz. Amerikalılar çətinliklər və narahatlıqlar yaradırlar. Lakin İraq dövləti bu çətinliklərə baxmayaraq öz yolunu tam güclə davam etdirməlidir və xalqı öz hamisi kimi qorumalıdır”.

Mərceyi-təqlidlərin və şəxsən Ayətullah Sistaninin İraq üçün böyük bir nemət olduğunu vurğulayan Ali Rəhbər əlavə etdi: “Həşdi-Şəbi də İraq üçün qorunması vacib olan digər böyük nemətdir”.

Prezidentin birinci müavini cənab Cahangirinin də iştirak etdiyi bu görüşdə İraqın baş naziri cənab Mustafa əl-Kazimi İslam İnqilabının Rəhbəri ilə görüşün böyük bir xoşbəxtlik olduğunu deyərək ayrı-ayrı mərhələlərdə, xüsusilə İŞİD və təkfirçi qruplaşmalarla döyüşdə İrana sərgilədiyi mövqelərə və verdiyi dəstəklərə görə təşəkkürünü bildirərək deyib: “İraq xalqı İranın dəstəklərini heç vaxt unutmayacaq. Həqiqət budur ki, təkfirçilərlə döyüşdə iraqlılarla iranlıların qanı bir-birinə qarışdı. İran və İraq arasındakı əlaqələr Əhli-beytə qarşı (ə) sevgi sayəsində dərin və uzun tarixi, mədəni və dini köklərə əsaslanır. Zat alilərinin nəsihətləri problemlərin həllinin açarına bənzəyir və mən bu göstərişlərinizə görə sizə təşəkkür və minnətdarlığımı edirəm.”


Ayətullah Xamenei İraqın yeni baş naziri Kazimiyə: İran izzətli, müstəqil İraq istəyir!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda əcnəbi seriallara qoyulan qadağa ləğv olundu, lakin şərti var...
    Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
     13.08.2020
    Ruhani Ərəb ölkələrinə: Biz olmasaydıq Səddam sizi yeyərdi
    Ruhani Fars körfəzi Əməkdaşlıq Şurasının İrana qarşı silah embarqosunun uzadılması istəyinə cavab verib
     13.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ