1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:09.10.2019 21:09:37

Ayətullah Seyid li Xamenei İranın atom bombasının istehsalına və saxlanmasına xərc çəkməsinə səbəb olmadığını deyib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabı rəhbəri Ayətullah Seyid li Xamenei İranın atom bombasının istehsalına və saxlanmasına xərc çəkməsinə səbəb olmadığını deyib.

Ayətullah Xamenei bu gün İranın iki minlik gənc alimlər və elm adamları ilə görüşüb.

Görüş zamanı İslam İnqilabı Lideri İranın atom bombası, nüvə silahı istehsalı və bu istiqamətdəki  mövqeyilə bağlı mühüm açıqlamalar verib.

"Biz baxmayaraq ki, bu yola qədəm qoya bilərdik ancaq, İslamın hökmünə əsasən nüvə silahından istifadəni qəti şəri haram elan etdik, buna görə də istifadəsi qəti haram olan bir silahın istehsalı və saxlanılmasına xərcləməyimizə heç bir səbəb yoxdur.", -deyə Ayətullah Xamenei bildirib.

O bildirib ki, ölkənin müxtəlif sahələrində elmi potensialdan istifadə müdafiə gücünü, müasir tibb, müalicə və xəstəlikləri ambulator  imkanlarını, texniki-mühəndislik, eləcə də biotexnologiya, nanotexnologiya əsasında davamlı məhsulların istehsal edilməsi və sülhməramli nüvə texnologiyası qabiliyyətlərini artırıb. 

Ayətullah Xamenei dünyada elmi sıçrayış dövründə İranın elmi inkişafının davam etməsini böyük zərurət adlandırıb.

"Hər bir alim gənc İranın bədəninin bir hissəsidir və alimlərin problemlərinin aradan qaldırılması üçün alimlər üzrə strateji sənəd ciddi şəkildə icra edilməlidir.", -deyə o əlavə edib. 

Ayətullah Xamenei daha sonra deyib: "Qərbi Asiya, İslam Dünyası, Müqavimət mehvəri coğrafiyasında alimlərin bir yerə toplanması və onların arasında əlaqə yaradılması hətta bütün ölkələr, o sıradan Amerika və Avropada haqqsevər alimlərin bir araya gətirilməsi "təmiz və şərəfli elm" və " düzgün düşüncə"-nin təqdim olunması və yayılmasına gətirib çıxara bilər."

"Ölkədə 20 il öncə başladılan elmi hərəkatın davam etməlidir", -deyə Ayətullah Xamenei bəzi şəxslərin bu elmi hərəkata qarşı çıxdığını qeyd edib.

"Təəssüf olsun ki, bu pis niyyətli qruplar univeristet içindədir. Bu qrupların digər işi seçilmiş, istetadlı tələbələri ölkədə qalmaları mövzusunda ümidsizliyə sürükləməkdir", - Seyid Xamenei sözlərinə belə davam edib.


Ayətullah Xamenei: İran atom bombasına xərc çəkməz, çünki...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Əli Əkbər Vilayətini Bakıda həbs edin, bizə təhvil verin” - Argentinadan tələb...
    Argentina hökuməti İranın yüksək vəzifəli rəsmisini Bakıya yaxın günlərdə edəcəyi səfər zamanı həbs olunub bu ölkəyə təhvil verilməsi üçün Azərbaycan tərəfinə rəsmi müraciət edib.
     12.11.2019
    Azərbaycan neftinin bu günə olan qiyməti
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     12.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ