EURO 2,0981 NEFT 73,83
USD 1,7 RUB 0,0279
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:10.03.2017 15:52:16

"Xalqın və söz sahiblərinin şikayətləri bizə çatır..."

İslamazeri.az-ın “Khamene.ir”-ə istinadən verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei “Xobreqan” məclisinin üzvlərini qəbul edib.

Ölkə məmurlarının məsuliyyətli olmasının zəruriliyindən söz açan Ayətullah Xamenei bildirib:
“Bəziləri elə danışırlar ki, sanki qərb təlimləri xalqa qarşı məsuliyyətli olmaq hissini daha çox yayır. Bir halda ki, Allaha və insanlara qarşı məsuliyyətli olmaq islam maarifindən biridir. Məmurların məsuliyyət hissi təcili, zəruri və vacibdir. Əgər mömin bir cavan bizim addımımız sayəsində yoldan azarsa, bunda bizim hamımız məsuluq.”

İslam hakimiyyətinin əhkamının tədricən də olsa reallaşmasının İslam Respublikasının prinsiplərindən olduğunu deyən Ayətullah Xamenei bildirib:
“İslam əhkamının icrasından geri çəkilməmək, imperialist qüvvələrlə mübarizə və özümüzə güvənmək, küfr əhlinin iman əhlinə üstünlüyünün qarşısının alınması da digər prinsiplərimizdəndir. Mübarizə yalnız hərbi sahədə deyil, həm də mədəni, ideoloji, siyasi meydanlardadır.”

İqtisadi müqavimət layihəsinə toxunan inqilab rəhbəri bildirib: “Mühüm olan budur ki, bu layihə əməli olaraq həyata keçsin. Dövlət rəsmiləri bu istiqamətdə addımlar atsalar da, yetərli deyil. Əgər lazım olan bütün addımlar atılsaydı biz onu ciddi şəkildə hiss edərdik. Xalqın və söz sahiblərinin şikayətləri bizə çatır. Təəssüf olsun ki, hələ ki, bu layihənin təsirləri hiss olunmur.”


Ayətullah Xamenei: Əgər lazım olan bütün addımlar atılsaydı biz onu ciddi şəkildə hiss edərdik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İmam Hüseynə bağlılıq hörmət və əzəməti artırır
    İslamazeri.az-ın "Din" rubrikasından...
     20.04.2018
    Rusiya İŞİD-ə zərbə endirdi
    Suriya ordusunun əməliyyatına dəstək verən Rusiya Hava Qüvvələri Dəməşqin cənubundakı İŞİD mövqelərini vurmağa başlayıb.
     20.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ