1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:30.12.2018 20:50:41

İslam İqilabının Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei Xamenei Ayətullah Şahrudinin yerinə Ayətullah Amoli Laricanini təyin edib

İslam İqilabının Ali Dini Lideri Ayətullah Seyid Əli  Xamenei Ayətullah Amoli Laricanini bir müddət dünyasını dəyişən Ayətullah Şahrudinin Məsləhət Şurasının sədri postuna və Negəhban Şurasının fəqih üzvü təyin edib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Ayətullah Seyid Əli Xameneinin açıqlamasında deyilir: "İran quruluşunun Məsləhət Şurasının müqəddəs İran İslam Respublikası quruluşunun idarəsi, gücləndirilməsi və möhkəmləndirilməsindəki misilsiz roluna, mücahid din alimi Ayətullah Haşemi-Şahrudi(r.ə)-in vəfatına və şuranın strukturunun tez bir zamanda qaydaya salınması zərurətinə görə, sizi həmin mühüm və təsirli şuranın sədri, eləcə də möhtərəm Negəhban Şurasının fəqih üzvü təyin edirəm.  Şura bu dövrdə onun strukturu və mahiyyətində dəyişikliklər üzrə mühüm və əsaslı məsuliyyəti də daşıyır ki, sizin Negəhban Şurasındakı görkəmli və dəyərli keçmişinizə, eləcə də məhkəmə hakimiyyətinə sədaqətli, alimanə və çoxsəyli müdiriyyətinizə əsasən, ümid edilir ki, bu dövrdə tapşırılan məsuliyyətlər tam möhkəmliklə və ən yaxşı tərzdə həyata keçiriləcəkdir."


Ayətullah Xamenei Ayətullah Şahrudinin yerinə yeni şəxs təyin etdi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Özbəkistanda toy xərclərinə limit
    Özbəkistanda toy xərclərinə limit qoyulur
     21.09.2019
    Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ