EURO 1,8399 NEFT 56,76
USD 1,7447 RUB 0,0304
  1. http://www.islamazeri.az/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:09.01.2017 09:27:40

İslam İnqilabının Ali Dini Lideri Ayətullah Xamenei Ayətullah Rəfsəncaninin vəfatı ilə bağlı başsağlığı verib

İslamazeri.az "Səhər" telekanalının portalına istinadən verdiyi xəbərə görə, başsağlığının mətnində deyilir:

"Əfsus və təəsüflə köhnə dostum, silahdaşım, islam hərəkatı dövrünün mübarizələrindəki müşayiətçim, İslam Respublikası dövründə ardıcıl olaraq illər boyu yaxın əməkdaşım cənab Höccətül-islam vəl-müslimin Şeyx Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbərini aldım.

59 il müddətində əməkdaşlıq və yekdillik keçmişinə malik olduğumuz  bir silahdaşı itirmək çətin və ürək yandırıcıdır. On illər boyu çoxlu çətinliklər və məhdudiyyətlərin şahidi olduq və bir çox mərhələlərdə fikir birliyi və yekdilliyimiz bizi birlikdə müştərək yolda səylərə, dözümlülüyə və təhlükələrə can atmağa yönəltdi. Onun o illərdəki hədsiz zəkası və misilsiz səmimiliyi, onunla əməkdaş olan hər kəsə xüsusi ilə mənim üçün arxayın güvən yeri sayılır. Bu uzun dövrdə müxtəlif dönəmlərdə fikir ixtilafları və fərqli ictihadlar heç vaxt Kərbəlayi müəllada Beynül-Hərəmeyndə başlayan dostluq qovuşuğumuzu qıra bilmədi və son illərdə bu kimi görünən fərqlərdən faydalanmaq istəyən xənnasların vəsvəsələri onun mən həqirə olan dərin məhəbbətinə xələl gətirə bilmədi."

İslam İnqilabı rəhbəri onun inqilab illərindəki əziyyətlərinə də işarə edərək "O şahlıq rejiminin zülmünə qarşı mübarizənin birinci nəslinin və bu təhlükəli və iftixarlı yolun əzabkeşlərinin nadir nümunəsi idi. İllər boyu həbs həyatı və SAVAK-ın(Şah rejiminin xüsusi xidmət orqanı)  işgəncələrinə dözmək, bütün bunların qarşısında müqavimət göstərmək və sonra müqəddəs müdafiə dövründə həssas vəzifələrdə olmaq, İslami Şura Məclisinin, Xobreqan Məclisinin  sədrliyi və sayir vəzifələr, bu qədim mübarizin enişli-yoxuşlu həyatının parlaq səhifələrini təşkil edir.

Haşimi itkisindən sonra mən tarix yaradan dövrün enişli-yoxuşlu yolunda beləcə uzun müddətli müştərək təcrübəyə malik olduğum ikinci bir şəxsiyyəti xatırlamıram.

İndi bu qədim mübariz, müxtəlif səylər və fəaliyyətlərlə zəngin olan dosia ilə ilahi hesablaşma üçün hazır olma yerindədir və bu bizim, İslam Respublikası rəhbərlərinin hamısının taleyidir.

Onun üçün ilahi qüfran, rəhmət və əfv diləyirəm, əziz həyat yoldaşı, övladları, qardaşları və digər ailə üzvlərinə baş sağlığı verirəm.", -deyə bildirib.


Ayətullah Xamenei Ayətullah Rəfsəncaninin vəfatı ilə bağlı başsağlığı verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Rusiyadan S-400 alır
    Türkiyə hava müdafiə sistemi almaq üçün Rusiya ilə danışıqlara davam edir...
     22.02.2017
    Su Çərşənbəsindən FOTOLAR
    Dünən Su Çərşənbəsi qeyd edilirdi.
     22.02.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ