EURO 1,9202 TRY 0,2949
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:08.02.2019 15:49:30

İslam İnqilabının rəhbəri Ayətullah Xamenei İran Ordusu Hava Qüvvələri komandanları, pilot və bəzi rəsmilərilə bir araya gəlib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Şah rejimində "Homafer" olaraq adlandırırlan Hava Qüvvələri işçilərinin 8 fevral 1979-cu ildə İslam İnqilabının qələbə qazandığı günlərdə, böyük öndər İmam Xomeyni iə görüşüb ona beyət etməsinin ildönümü münasibətilə, İslam İnqilabının rəhbəri Ayətullah Xamenei İran Ordusu Hava Qüvvələri komandanları, pilot və bəzi rəsmilərilə bir araya gəlib.

Görüş zamanı əsas hədəfi ABŞ olan Ayətullah Xamenei "ABŞ indi deyil, həmişə öz mənafeyinə görə xalqların daxili işlərinə qarışmaqdadırlar. Bu zaman da, bizim "Amerikaya ölüm" şüarımızı tənqid edirlər. İlk öncə amerikalılara bunu demk istəyirəm ki, "ABŞ-a ölüm" şüarından məqsəd Trampa, Boltona və Pompeo başda olmaqla ABŞ-ın rəsmilərinə ölüm arzulamaqdır. Bu şüar sadə amerikalılara aid deyildir.", - deyə bildirib.

Bu khamenei.ir-in ingilis dilində fəaliyyət göstərən tvitter səhifəsində yayımlanması, dünya mediasında da yayılıb.


Daha sonra "İkinci məslə budur ki, ABŞ bölgədə çirkin addımlarını davam etdikcə, İran xalqı da "ABŞ-a ölüm!" şüarlarını durmadan hayqıracaq.", -deyə Ayətullah Xamenei əlavə edib. 

Avropaya da güvənməyin düzgün olmadığını deyən İslam İnqilabı lideri "Günümüzdə Avropanın bizə təklif etdiyi "təklif paketi"ndən danışılır. Mənim tövsiyəm avropalılara da ABŞ kimi güvənməməkdir. İllər öncə nüvə məsələsi zamanı ABŞ-la edilən müzakirələr zamanı özəl görüşlərimiz zamanı amerikallara güvənmədiklərini bizim rəsmilərə bildirmişdim. Nəticə olaraq o dönəm müzakirə masasına oturan ABŞ rəsmilər indi, Amerikanın güvənilməz olduğunu bir başa dilə gitirirlər.", -deyə bildirib.

Ayətullah Xamenei Avropa ilə əlaqələrin kəsilməsini qəsd etmədiyini də xatırladıb. Daha sonra deyib: "Mövzu onlara güvənməməklə əlaqəlidir. Paris küçələrində xalqa hücum edib, onları kor edənlər utanmadan bizi insan haqları mövzusunda tənqid edirlər. Ancaq bu günlər heç, nə keçmişdə, nə də tarix boyunca insan haqları mövzusundan uzaq olmuşlar. Bunlara güvənmək mümkün deyil; Fransa bir cür, İngiltərə başqa cür, digərləri də fərqlənmir. Fəqət bəzi istisnalar xaric biz bütün dünya ilə əlaqələrimiz mövcuddur."


Ayətullah Xamenei “Amerikaya ölüm” şüarının mənasını açıqladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mübariz Mənsimovdan onun haqda sifarişli yazı yazanlara və yazdıranlara SƏRT SÖZLƏR
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, bu haqda sosial şəbəkə profilindən tanınmış iş adamı Mübariz Mənsimov özü status paylaşıb, bunu bəzi saytlar xəbər kimi yayıblar...
     18.04.2019
    Keçmiş bələdiyyə sədrinin ibtidai istintaqı başa çatıb
    Göygöl rayonu, Zurnabad bələdiyyəsinin sabiq sədri Daşqın Vəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
     18.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ