1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:01.11.2019 14:22:42

Ayətullah Sistaninin ofisindən etirazlarla bağlı açıqlama

İslamazeri.com “Mehr”ə istinadən xəbər verir ki, İslam Dünyasının Böyük mərcəi təqlid müctehidi  Ayətullah Seyid Əli  Sistaninin ofisindən etirazlarla bağlı açıqlama verilib.

“Böyük mərcəiyyət, dinc aksiyalara qatılmaq hər bir iraqlının haqqıdır. Ancaq Ayətullah Sistaninin fotolarının heç bir qrup və siyasi partiya tərəfdarları tərəfindən istifadə edilməsi və aksiyada tutulmasını istəmirik”, -deyə açıqlamada qeyd olunur.

Etirazçıların dinc tələblərinin dəstəkləndiyi qeyd olunan açıqlamanın davamında “Dinc aksiyaçıları dəstəkləyirik. Fikir və ideoloji fərqliliklərinə baxmayaraq islahatçılar arasında fərq qoyulmamalıdır.”, -deyə açıqlamada bildirilir.

Xatırladaq ki, İraqda müxtəlif bölgələrdə işsizlik, korrupsiya və dövlət qurumlarındakı idarəetmədəki problemlərlə bağlı etirazlar keçirilir. Ötən ayın əvvəlindən başlayan etiraz aksiyaları və mitinqlər  Ərbəin yürüşlərinə görə təxirə salınmışdı. Ərbəin bitdikdən sonra isə artıq bir həftədir etirazlara yenidən start verilib. Aksiyalarda ölən və yaralananlar var. İraqın baş nazirinin etirazlardan sonra bu gün istefa verəcəyilə bağlı xəbərlər yayılıb.


Ayətullah Sistaninin ofisi etirazlarla bağlı açıqlama yaydı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xameneinin cümə xütbəsindən sitatlar: Allahın günləri, Süleymani, ABŞ-ın vurulması...
    Ayətullah Xamenei 2012-ci ildən sonra ilk dəfə Tehranın cümə namazını qıdırıb, xütbə edib
     17.01.2020
    ABŞ etiraf etdi: İranın bazamıza hücumunda yaralananlar olub
    ABŞ Prezidentinin Ayn Asad hərbi bazasında heç bir hərbçinin hədəf alınmamasıyla bağlı açıqlaması yalan çıxdı
     17.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ