EURO 2,0032 NEFT 63,23
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:22.07.2017 18:04:14

Bütün məzlum xalqlar üçün, eləcə də Azərbaycan xalqı üçün hər gün dua etdiyini söyləyən Ayətullah Sistani neft və qazla zəngin olduğu üçün böyük dövlətlərin həmişə Azərbaycanda gözü olduğunu deyib: “Qarabağ problemi də böyük dövlətlərin çirkin bir oyunudur."

İslamazeri.com xəbər verir ki, Nüfuzlu islam alimi Ayətullah Seyyid Əli Sistani İraqda səfərdə olan azərbaycanlı zəvvarlarla görüşüb. Görüşdə iştirak edən "İnterAz" televiziya kanalının bədii rəhbəri Oktay Quliyevin verdiyi məlumata görə, görüş zamanı Ayətullah Sistani ölkəmiz barədə çox maraqlı məqamlara toxunub. O qeyd edib ki, uzun illər əvvəl repressiyaya görə, Azərbaycandan qaçaraq Məşhədə gedən böyük alimlərdən dərs alıb.


“Onlar danışırdılar ki, Azərbaycanın böyük iman və elm sahiblərini gecə ilə aparıb ayaqlarına daş bağlayaraq, Xəzər dənizinə atdılar. Bir neçə gündən sonra onların bədəni şişdiyinə görə dənizin üzünə çıxmışdı, uzaqdan baxanlara elə gəlirdi ki, dənizdə böyük bir ada əmələ gəlib. Azərbaycanlı alimləri qətlə yetirərkən onlar bir-biriləri ilə qardaşlıq əqdi oxuyublar, sonra güllələnmək üçün irəli çıxıblar.

Məşhəd, Nəcəf və Qum elmi hövzələrində saysız-hesabsız azərbaycanlı ustad-alimlər olub. Bu hövzələrin bərəkət tapmasında Naxçıvanilərin, Qarabağilərin, İrəvanilərin, Badkubeyilərin, Lənkəranilərin böyük rolu olub.", - deyə islam alimi bildirib.

Bütün məzlum xalqlar üçün, eləcə də Azərbaycan xalqı üçün hər gün dua etdiyini söyləyən Ayətullah Sistani neft və qazla zəngin olduğu üçün böyük dövlətlərin həmişə Azərbaycanda gözü olduğunu deyib: “Qarabağ problemi də böyük dövlətlərin çirkin bir oyunudur."

Azərbaycanlı zəvvarlar İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsində Ayətullah Sistaninin verdiyi fətvanın böyük rolu olduğunu söyləyib, şəhərin terrorçulardan azad edilməsinə görə onu təbrik ediblər.

“Mən fətva verdikdən sonra azərbaycanlılar da çox istəyirdilər ki, İraqa gəlib İŞİD-lə döyüşlərdə iştirak etsinlər, buna lüzum olmadığını dedim və fətvanın yalnız iraqlılar üçün olduğunu bildirdim.”, - deyə Ayətullah Sistani sonda əlavə edib.


Ayətullah Sistani Qarabağ problemi barədə danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda iki yeni hərbi zavod açılacaq
    "Bu ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
     17.12.2017
    Pakistanda 4 kamikadze kilsəyə hücum etdi, ölən və yaralananlar var - VİDEO
    Pakistanda 4 terrorçu-kamikadzenin ibadət zamanı özlərini protestant kilsəsinə partlatması nəticəsində azı 8 nəfər ölüb, 20 nəfər yaralanıb.
     17.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ