1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:23.05.2017 17:06:43

"Təsnim" agentliyi bir müddət öncə dünyasını dəyişən, Azərbaycanda da fəaliyyəti olmuş Ayətullah Sabir Həmədaninin son müsahibəsini təqdim edib

İslamazeri.com müsahibənin tərcüməsini təqdim edib:

...Onu yataqda ilk gördüyümüzdə bizə verdiyi sual bu oldu: Ayətullah Xameneinin halı necədi?

 İmam Xomeyni ilə ilk tanışlığınız necə olub?

- Bizə dedilər ki, Feyziyyə mədrəsəsində Ruhullah Xomeyni adında biri əxlaq dərsi deyir. Tələbələri çox idi və doğurdan da dərs deməkdə mahir idi.

Siz Ayətullah Burucerdinin də tələbəsi olmusuz. Onun “Fəqihin hakimiyyət” məsələsinə münasibəti necə idi?

- Ayətullah Burucerdi cümə imamının şərtləri barədə söz açmışdı. Ona görə bu məqam Allah tərəfindən verilən bir məqamdır və yalnız xüsusi özəllikləri olan fəqih bu bunu icra edə bilər. Onun danışıqlarından belə anlaşıldı ki, o dönəmdə olan cümə namazlarında iştirak etmək haramdır. Elə bu səbəbdən cümə namaz bir müddət tətil oldu. Onun fikrinə əsasən, cümə imamlığı fəqihin hakimiyyətinin bir şöbəsi idi və hakim olan fəqih tərəfindən təyin olunmalıdır. İmam Xomeyni də təxminən bu fətvanı qəbul etdi. Hər adam cümə namaz qıla bilməz. Xüsusi şərtləri var və gərək müctehid və ya təqlid mərcəsi buna izin versin.

 Ayətullah Burucerdinin Şahla mübarizə metodu niyə fərqli idi?

Səbəbi zəmanənin sahib olduğu şərait idi. Ayətullah Burucerdi mülayim adam idi və çalışırdı hövzənin dərslərini bərpa etsin. Ayətullah Burucerdinin İmam Xomeyli ilə münasibəti yaxşı idi, lakin “islam fədailəri”nin məsələsində onlara dəstək olaraq addım atmadı. İmam Xomeyni Ayətullah Burucerdinin bu məsələyə münasibət bildirməsini istəsə də, Ayətullah Burucerdi bunu etmədi. Çünki “islam fədailəri”nin edam olunacağına inanmırdı. İmam Xomeyni “fədailər”i sayır və Nəvvabın fikirlərini qəbul edirdi. Mənim özüm də onlarla əlaqədə idim. Onlar bizim evə gəlib, müxtəlif planlr cızırdılar. Nəvvab Səfəvidə nöqsan tapmaq olmurdu.

Şah qüvvələrinin Feyziyyəyə hücum hadisəsi necə baş verdi? Siz orda idiniz?

 Bəli mən orda idim. Şeyxlərdən biri minbərdə söhbət edirdi. Bəziləri nalayiq sözlər deyərək, çaxnaşma yaratdılar. Bu zaman çöldən hücum başladı. Mədrəsinin şüşələri sındırıldı, Mazandaranlı tələbələri damdan yerə atdılar.

İnqilabdan öncə Ayətullah Xamenei ilə əlaqəniz var idimi?

Bəli, mən onunla birlikdə Qorqan şəhərinə təbliğə gedirdik. Mənim söhbətlərim səfər ayı boyunca davam etdi, lakin Savak qüvvələri (şah rejiminin təhlükəsizlik nazirliyi) Ayətullah Xameneinin minbərinin davam etməsinə icazə vermədilər. Çünki onun minbəri inqilab ruhiyyəsində olur və cavanları ətrafında toplaya bilirdi. O məni müctehid hesab etdiyini demişdi. Ayətullah Xameneini düşüncəli və hərarətli insan olaraq tanıdım.

Sizin Ayətullah Xameneinin siyasi idarəçiliyinə münasibətiniz necədir?

 Ayətullah Xameneinin düşüncəsi və idarəçiliyi çox yaradıcı idi. Zəka, istedad və cəmiyyətşünaslıq baxımdan yüksək səviyyədə idi. İmam Xomeynidən sonra Ayətullah Xameneidən başqa daha gözəl danışa bilən şəxs tanımıram. Onun çıxışlarını düzgün və çox səviyyəli hesab edirəm. Ayətullah Xamenei zaman və şəraiti çox gözəl tanıyır. Onun fiqhi məsələlər barədə olan əhatəsi barədə mənfi təbliğatlar etdilər. Bir halda ki, o, tam bir müctehid idi. Mənim sözüm bu idi ki, fəqih olmağın özü idarəçilik üçün kifayət deyil. Mən özüm “fəqihin hakimiyyəti” barədə 3 cild kitab yazmışam, lakin bu kitablarla ölkə idarə etmək olmaz. Başqa məlumat və bacarıqlar da lazımdır. O zamanlar onun əleyhinə çox təbliğatlar getdi. Bəziləri etiraz edə bilər ki, Ayətullah Xameneinin elmi bəzi müctehidlərdən daha azdır. Olsun! Lakin idarəçiliyi başqalarından yüksəkdir. Mənim sözüm bu idi ki, mən 10 fiqhi məsələni ondan çox bilirəmsə, o, 100 idarəçilik qanununu məndən daha yaxşı bilir.

Siz İmam Xomeynini Fransada da ziyarət etmisiniz. Bu barədə xatirəniz varmı?

Onu görəndə mənə dedi ki,  Cənab Sabiri, qocalmısız! Mən də dedim ki, siz də arıqlayıb zəifləmisiz. İmam dedi  "Məni qocaldan Türkiyə oldu."


Ayətullah Sabir Həmədaninin son müsahibəsi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ