EURO 2,0368 NEFT 55,03
USD 1,7007 RUB 0,0293
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:20.04.2017 09:58:18

"Bu gün meydana atılaraq, əməl etmək günüdür."

İslamazeri.com “Farsnews”-a istinadən xəbər verir ki, İranda prezidentliyə real namizədlərdən olan Ayətullah Seyid İbrahim Rəisi hədəf və işlərindən söz açıb.

Ölkədə olan ailə böhranına toxunan Ayətullah Rəisi bildirib: “Şüar və proqramlaşdırma dönəmi bitib, bu gün artıq meydanda əməl etmə günüdür. Ayətullah Xameneinin qadın və ailə barədə olan siyasətləri icra olunmalıdır. Qadınlar qəbul olunan qanunların onlara olan dəstəyini hiss etməlidirlər. Evlilik məsələlərini asanlaşdırmaq da digər zəruri məsələlərdəndir. Xeyriyyəçilər bu məsələlərə dəstək olmalıdırlar. Biz Məşhəd şəhərində bu məqsədlə 600 mənzil düzəldərək, cavan ailələrin ixtiyarına verdik. Mənim ailə barədə baxışlarım elə Rəhbərimizin baxışlarıdır. Ailə qurmaqla bağlı milli hərəkat başladılmalıdır. Biz qadınların işləməsiylə razıyıq. Yalnız təhsil almış qadınların deyil, həm də təhsil almamış qadınların. Mən ailə və qadın barədə dediklərimi ilk öncə öz ailəmdə icra etmişəm.”

Problemləri həll etməyin onları tapmaqdan daha mühüm olduğunu deyən prezidentliyə real namizəd bildirib: “Biz işsizlik probleminin həlli və iş yerlərinin yaradılması üçün mütəxəssislərlə proqram hazırlamışıq. Yaxın günlərdə öz proqramlarımla bağlı məlumat verəcəyəm, lakin yenə də deyirəm, şüar və proqram cızmaq zamanı geridə qalıb. Bu gün meydana atılaraq, əməl etmək günüdür.”


Ayətullah Rəisi: Şüar və proqramlaşdırma dönəmi bitib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakkaridə PKK-nın 37 mağarası ələ keçirildi - FOTOLAR
    TSQ əməliyyat çərçivəsində bu gün çox sayda silah, sursat və vəsait ələ keçərildiyini bildirib.
     19.09.2017
    Misir XİN-dən Qətər açıqlaması
    Misir xarici işlər naziri "13 maddəlik tələb siyahısını yerinə yetirdiyi təqdirdə Qətərlə dialoqa hazırıq",- deyib.
     19.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ