1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:04.12.2017 11:07:57

Ailəsi bu gün səhər onu xəstəxanaya yerləşdirib

İslamazeri.com Maide.Az-a istinadən xəbər verir ki, bu barədə Bəhreyn “ƏL-Vifaq” İslami Cəmiyyəti bəyanat yayıb.

Qeyd edək ki, bundan öncədə onun xəstəxanaya köçürülməsi ilə bağlı xəbərlər yayımlanmışdı. Lakin sonradan məlum oldu ki, Ali Xəlifə rejimi sağlamlıq durumu çox ağır olan Ayətullah İsa Qasimin xəstəxanaya köçürülməsinə icazə vermir.
Artıq bir neçə gündür ki, Bəhreynin müxtəlif bölgələrində Ayətullah İsa Qasimin xəstəxanaya köçürülməsi tələbi ilə etiraz aksiyaları keçirilir. Bundan başqa bir sıra beynəlxalq təşkilatlar da Bəhreyn rejimindən Ayətullah İsa Qasimin müalicəsi üçün şərait yaradılmasını tələb edib.
Noyabrın son günlərində Bəhreynin əd-Dərraz bölgəsində rejim qüvvələrinin nəzarətində ev dustağı edilən Ayətullah İsa Qasim daxili qan axmadan əziyyət çəkməsi, xəstəlikdən çəkisinin yarısını itirdiyi və təcili cərrahiyyə əməliyyatına ehtiyacı olduğuna dair məlumat yayılmışdı.
Xatırladaq ki, Şeyx İsa Qasim bir ildən artıqdır ki, ev dustağıdır. Bəhreyn rejimi qüvvələri onun evini və olduğu kvartalı mühasirədə saxlayır. Hökumət həmçinin onu vətəndaşlıqdan məhrum etmiş və barəsində bir sıra əsassız ittihamlar irəli sürmüşdü.


Ayətullah İsa Qasim xəstəxanaya köçürülüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Apellyasiya Məhkəməsi  şəhid oğlunun həbs müddətini azaldıb
    Ötən gün Bakı Apellyasiya Məhkəməsində Toğrul Hacıyevin inzibati həbsindən şikayətinə baxılıb.
     15.12.2018
    İlham Əliyev general rütbələri verdi
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
     15.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ