EURO 1,9794 NEFT 71,72
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.11.2017 16:06:01

Bundan sonra kim vəzifəyə təyin ediləcəksə...

"İstəyirik ki, "İslam Həmrəyliyi ili" çərçivəsində belə bir qərar qəbul edək ki, “axund” sözü yığışdırılsın, onun yerinə ancaq “imam” sözü işlədilsin".

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Qazilər Şurasının bir neçə ay əvvəlki toplantısında demişdi. QMİ sədri bildirmişdi ki, “axund” sözü dünyada, məsələn, Türkiyədə işlədilmir. Sədrin açıqlamasından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının iclasında qərar qəbul edildi. Qərara əsasən, məscidlərdə vahid idarəçilik sisteminə keçilməli və bütün məscidləri idarə edənlər imam statusu almalıydılar.

Maraqlıdır, qərar nə zaman tətbiq olunacaq?

Bununla bağlı QMİ sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı Modern.az-a açıqlama verib: “Qeyd edilən qərar artıq icra olunmağa başlayıb və yeni təyin olunanlara şamil edilir. Yəni bundan sonra kim vəzifəyə təyin ediləcəksə, həmin tarixdən etibarən onun vəzifəsi “imam” şəklində yazılacaq”.

Q.Cavadlı məsələyə yenidən aydınlıq gətirib: “Sənədlərdə axundların ümumiləşdirilmiş adı imam olacaq. Çünki axund tarixizmdir, köhnə ifadədir. Məsələn, bu gün heç kim “münəccim” demir. Bu da termin istilahıdır. Vəzifə olaraq, təbii ki, axundlar öz vəzifələrində qalacaqlar. Sadəcə, adları dəyişdirilib “imam xətib”, “imam naib”, “imam cümə” kimi ifadələrlə əvəz olunacaq. Bu, bütün dünyada da qəbul edilmiş formadır. Azərbaycan da bu məsələdən kənarda qalmaq istəmir”.


“Axund”ların ləğv olunmasına başlanıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan-İtaliya sənədləri imzalanıb
    Bu gün geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
     18.07.2018
    Hindistanda musson yağışlar yüzlərlə insanın həyatına son qoydu
    Mürəkkəb hava şəraiti ölkənin 91 regionuna təsir edib.
     18.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ