1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:15.07.2017 13:48:00

Taksidən sonra avtobuslarda artım olacaqmı?

“Aİ-92” markalı benzinin pərakəndə satış qiymətinin artması şəhərdaxili sərnişin avtobuslarında gediş haqqına heç bir təsir göstərməyəcək”.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a açıqlamasında deyib.

Mais Ağayev bildirib ki, hazırda Bakı Nəqliyyat Agentliyində marşrut xətləri üzrə sərnişin avtobuslarında gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə edilmir. Şəhərdaxili sərnişin avtobuslarında gediş haqqı artırılmayacaq.

Lakin müstəqil iqtisadçı ekspertlər şuranın bu qərarının bütün sahələrə təsir edəcəyini bildirir.

Xatırladaq ki, taksi xidmətlərində artıq qiymətlər bahalaşıb. Belə ki, hazırda məsafə üzrə təklif edilən gediş haqqı benzin bahalaşmadan öncəki ilə müqayisədə bir qədər artıb. 

Tarif Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.


Avtobuslarda gediş haqqı artırılacaqmı? - Rəsmi açıqlama

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda çoxmərtəbəli binada yanğın olub, 8 nəfər təxliyə edilib
    Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m2 sahədə yanıb.
     25.02.2018
    İndoneziyada sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb
    İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
     25.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ