1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.08.2017 14:18:23

Avstraliya Baş naziri Malkolm Törnbıl Şimali Koreyanın hücum başladacağı təqdirdə ABŞ-ın yanında yer alacaqlarını bildirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Törnbıl Şimali Koreya ilə ABŞ arasında artan gərginlik və Pxenyanın Quama təcavüz təhdidi ilə bağlı "3AW" radiosuna açıqlamalar verib.

Avstraliya ilə ABŞ arasında imzalanan "Avstraliya, Yeni Zelandiya, Birləşmiş Ştatlar (ANZUS) Təhlükəsizlik Müqaviləsi" hökmlərinin açıq olduğunu qeyd edən Törnbıl "Amerika təbii ki, Avstraliya daxil olmaqla müttəfiqlərinin yanında dayanır və biz də Birləşmiş Ştatların yanında dayanırıq. Buna görə çox dəqiq olaraq, ABŞ-a hücum olarsa ANZUS dövrəyə girir. Avstraliya təcavüzə məruz qalarsa, Birləşmiş Ştatların köməyə gələcəyi kimi bizim də vəzifəmiz Amerikanın yardımına getməkdir",- deyə bildirib.

Avstraliya, Yeni Zelandiya və ABŞ arasında 1951-ci ildə imzalanan ANZUS Təhlükəsizlik Müqaviləsi həmin ölkələrin Okeaniya regionunda hər hansı bir təcavüzə məruz qalmaları halında bir-birinə kömək etmələrini nəzərdə tutur.


Avstraliya: Şimali Koreya hücum edərsə, ABŞ-ın yanında olacağıq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: Bu günün 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: Bu günün 4 önəmli xəbəri - VİDEO
     23.06.2018
    Səudiyyə Yəməndə mülkü evləri hədəfə aldı: Uşaq və qadınlar öldürüldü - FOTO (18+)
    Səud rejimi Yəməndə məğlubiyyətinin əvəzini mülkü vətəndaşlardan almaqda davam edir
     23.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ