1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:21.05.2019 17:04:42

Avstriyalı deputat hicab qadağasını pisləyib.

İslamazeri.com-un “Islam.ru”-ya istinadən verdiyi xəbərə əsasən, Avstriya parlamentinin müstəqil üzvü Marta Bisman ümumi iclasdakı öz çıxışı zamanı, ibtidai məktəblərdəki hicab qadağasına etiraz olaraq başını yaylıqla örtüb.

Hicab taxan Bisman deyib: “Nə dəyişdi? Mən artıq başqa biri oldum? Mən daha azad deyiləm?”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, tətbiq edilən qadağa gündəlik həyatda da hicabın qadağan edilməsi istiqamətində atılmış ilk addımdır.

O bildirib ki, son 10 il ərzində sağçı “Azadlıq Partiyası”na (FPO) görə irqçilik və islamofobiya güclənib.

“Qadağanı gətirənlər dözümlülük və etiqad azadlığı kimi yüksək dəyərləri aradan aparmaq istəyirlər”, - deyə o əlavə edib.

Xatırladaq ki, yeni qadağaya əsasən, 10 yaşadək olan qız uşaqlarına bütün ibtidai məktəblərdə başlarını örtməyə icazə verilmir.

Qeyd edək ki, Avstriya əhalisinin 8 faizini müsəlmanlar təşkil edir (700 min - 2016).


Avropalı deputatdan hicaba dəstək: Qadağanı pislədi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tokayevdən Trampa Çin mesajı
    ABŞ Çinlə davam edən ticarət müharibəsində kompromis tapmalı və Çini çıxılmaz vəziyyətə salmamalıdır.
     18.06.2019
    Gürcüstanda məktəbdə yanğın
    Gürcüstanda məktəbdə yanğın baş verib
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ