EURO 1,909 TRY 0,248
USD 1,7 RUB 0,0241
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:29.01.2020 13:03:51

BMqT Niderlanddan könüllü olaraq Azərbaycana qayıdan şəxslərə gəlir gətirən fəaliyyət sahəsinin qurulmasına dəstək verib.

İslamazeri.com xəbər verir ki, bu haqda qurumun saytı məlumat verir.

Məlumatda deyilir ki, BMqT-nin Azərbaycandakı nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində Niderland Krallığından könüllü mənşə ölkəsinə qayıtmış şəxslərə reinteqrasiya yardımı ilə təmin edib.

Layihə çərçivəsində könüllü qayıtmış şəxslər BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyət növü kimi taksi xidmətinin göstərilməsi məqsədi ilə müvafiq avtomobilləri satın alıb.

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir.

Ayrılmış reinteqrasiya yardımı kiçik biznesin qurulması, mövcud biznesə sərmayə qoyulması, təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı üçün istifadə edilə bilər.


Avropadan Azərbaycana qayıdan mühacirlərə avtomobil hədiyyə verildi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Liberallar amerikalıları çox tənbəl hesab edir
    Bu fikirləri İmmiqrasiya Araşdırmaları Mərkəzi araşdırıb
     04.07.2020
    Koronavirusdan sonra ilk dəfə - Gürcüstanda mam Rzanın (ə) mövludu keçirildi - FOTO
    Marneuli rayonunun İmir kəndində İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə tədbir keçirilib
     04.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ