1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.06.2017 11:18:30

İslamazeri.com-un “Reuters”-ə istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən məscid yaxınlığında islamofob şəxs idarə etdiyi furqon maşını insanların üzərinə sürüb. Hadisə nəticəsində 10 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib.

“8 nəfər xəstəxanaya yerləşdirilib. İki nəfərə isə hadisə yerindəcə tibbi yardım göstərilib.”, - deyə London polisinin nümayəndəsi bildirib.

İnsident bu gün gecə saatlarında baş verib. Furqonun sürücüsü hadisə şahidləri tərəfindən tutulub və polisə təhvil verilib.

Ölkə Baş naziri Tereza Mey bildirib ki, polis hadisəni potensial terror aktı kimi nəzərdən keçirir.

Böyük Britaniya Müsəlman Şurasının başçısı Harun Xan bildirib ki, hücumu törətmiş şəxs qabaqcadan planlaşdırılmış şəkildə və islamofob əhval-ruhiyyə ilə hərəkət edib.

O bildirib ki, Böyük Britaniyanın müsəlman icması son həftələr və aylar çox sayda islamofob problemlərlə üzləşib və bu gün baş verən də onlardan biridir.

“Gözləyirik ki, ölkə rəhbərliyi məscidlərin yaxınlığındakı təhlükəsizlik tədbirlərini gücləndirəcək.”. – deyə o bildirib. Xan əlavə edib ki, müsəlman icması daha əvvəl də oxşar çağırışlarla çıxış edib.


Avropada "İslam düşməni" məscid yaxınlığında hücum törətdi - FOTO-VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ rəhbərliyindəki koalisiya Raqqada minlərlə dinc sakini qətlə yetirib
    Bəyanatda həmçinin Qərbin Suriya xalqına etdiyi humanitar yardımların tamamilə məqsədli dağıdıldığı və bu prosesdə Suriya xalqının yaxşı və pis olmaqla ikiyə ayrıldığı qeyd olunub.
     23.10.2017
    Kataloniya böhranında inadlaşma davam edir, xalq narahatdır - VİDEO
    Madrid rəhbərliyi isə Kataloniya böhranında ortaya qoyduğu laqeyd davranışını davam etdirir.
     23.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ