EURO 1,8841 TRY 0,2955
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:06.09.2019 21:24:33

Belçikada qəbul edilən qadağa müsəlman və yəhudilərin narazılığına səbəb olub.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Belçikanın Flaman bölgəsində qüvvəyə minmiş qadağa müsəlman və yəhuci icmalarının narazılığına səbəb olub. Qaydaya əsasən, heyvan "kütləşdirilmədən" öldürülə bilməz.

Ölkə əhalisinin təxminən 6 faizini təşkil edən müsəlmanlar və yəhudilər bildirirlər ki, sözügedən qanun onların dini azadlıqlarının pozulması və onlara qarşı ehtiramsızlıqdır. Yəhudilik və İslam qaydaları kəsmə zamanın heyvanın oyaq olmasını tələb edir.

Hər iki icmanın nümayəndələri artıq Belçika Konstitusiya Məhkəməsinə müraciət edib. Məhkəmə isə, hələ ki, şikayətlə bağlı qərar qəbul etməyib.

Belçika İslam Şurasının başçısı Mehmet Üstün deyir ki, qanun bu yaxınlarda qüvvəyə minib, bu səbəbdən də, onun mənfi nəticələri hələ bir o qədər çox hiss edilmir.

Kütləşdirilmə zamanı heyvana elə bir təsir göstərilir ki, heyvan hissiyatını itirir və hərəkət edə bilmir. Heyvan bu zaman şokda və onun ürəyi döyünməyə davam edir. Bunun əsas məqsədlərindən biri, növbəti mərhələlərdə kəsim işçilərinin təhlükəsizliyini təmin etməkdir.


Avropa ölkəsi İslamın halalını HARAM etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda avtobus sürücüsü sərnişinin burnunu sındırdı
    Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır
     05.12.2019
    Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
    Üç saat yarımdan çox davam edən görüşdə tərəflər geniş müzakirələr aparıb.
     05.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ