EURO 2,0827 NEFT 69,06
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.03.2017 11:24:47

"Bu halda qadağa diskriminasiya sayılmayacaq."

İslamazeri.az-ın BBC-yə istinadən verdiyi xəbərə əsasən, Avropa məhkəməsi işə götürən şirkətlərin daxili qanunları tələb etdiyi halda, iş yerində hicabınn qadağan edilməsinin qanuni olması haqda qərar qəbul edib.

İşə götürənin hicab da daxil olmaqla, dini, siyasi və fəlsəfi atributları qadağan etməyə haqqı var. Lakin bir şərtlə ki, bu qadağalar şirkətin daxili qanunlarında yazılmış olsun. Bu halda qadağa diskriminasiya sayılmayacaq.”, - deyə  Avropa İttifaqının Ali məhkəmə instansiyasının yaydığı sənəddə deyilir.

Eyni zamanda da, sənədə xüsusilə qeyd edilir ki, qadağa işə götürən şirkətin müştərilərinin istəklərinə əsaslana bilməz. Bu halda isə qadağa dikriminasiya hesab ediləcək.

Fransanın kompyuter şirkətlərindən birinin texnikini dəstək şöbəsinin işçisi tərəfindən də digər bir məhkəmə iddiası qaldırılıb. Belə ki, qadının işlədiyi təsisat ona hicabla işə gəlməyi qadağan edib. Şirkət bu tələbini müştərilərin həmin hicablı qadınla istəməyə-istəməyə danışmaqları ilə əsaslandırıb. Müsəlman xanım şirkətin tələbini yerinə yetirməkdən imtina etdiyi üçün işdən qovulub.

Bu məhkəmə prosesi zamanı isə biznesmenlərə bəratə qazandırılmayıb. Məhkəmənin qərarına əsasən, şirkət tərəfindən müəyyən edilməmiş vahid dres-kodun olmadığı təqdirdə, hicabın qadağan edilməsi dinində zəmində diskriminasiya və din azadlığının pozulması sayılır.


Avropa məhkəməsində hicabla bağlı iki zidd qərar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsinin tarixi açıqlanıb
    Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsi yanvarın 24-26-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək
     17.01.2018
    Aralıq dənizində 1400-ə yaxın miqrant xilas edilib
    Onlar 7 kater və 4 qayıqda olublar
     17.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ