EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:10.01.2019 14:47:56

Yanvarın 10-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) araşdırmaçı jurnalist Xədicə İsmayılın Azərbaycan hökumətindən şikayəti ilə bağlı qərarını elan edib.

Yanvarın 10-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) araşdırmaçı jurnalist Xədicə İsmayılın Azərbaycan hökumətindən şikayəti ilə bağlı qərarını elan edib.

Bu iş jurnalistin videogörüntülərinin yayılması nəticəsində CM.nin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə açılmış cinayət işi üzrə icraatın effektiv araşdırılmamasından verilən şikayətlə bağlıdır.

Avropa məhkəməsi Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin pozuntusunu tanıyıb.

Məhkəmə Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması) maddə üzrə şikayəti araşdırmağa ehtiyac görməyib.

Bununla da məhkəmə jurnalistə, mənəvi zərərə görə 15,000 avro, məhkəmə xərclərinə görə 1,750 avro müəyyən edib.

Xədicə İsmayıl 2005-ci ildən bəri təhqiqat jurnalistikası ilə məşğul olur və xüsusən də Azadlıq radiosu üçün hazırladığı materiallarda Azərbaycan hakimiyyətini sərt tənqid edib. O 2010 və 2012-ci illərdə Azərbaycan prezidenti və ailəsinin iddia olunan korrupsiya əməlləri barədə materiallar hazırlayıb.

İsmayıl 2012-ci ildə şəxsi həyatına aid video ilə şantaj edilib. Ona göndərilən məktubda fəaliyyətini dayandırması tələb edilirdi.

2013-cü ildə daha iki şantaj videosu internetə qoyulub. Bunun ardınca dövlət nəzarətində olan üç qəzet İsmayılın qeyri-peşəkarlıqda, hökumətə qarşı qərəzdə və əxlaqsızlıqda ittiham edən yazılar dərc edib.

Xədicə İsmayıl mənzilində ondan xəbərsiz quraşdırılmış çox sayda kamera, çəkilişi ötürən transmitterlər və ikinci telefon xəttini aşkar edib.

Prokurorluq orqanları bununla əlaqədar xanım İsmayılın ərizəsi ilə bağlı cinayət təhqiqatına başlayıb və jurnalistin dövlət Baktelekom şirkətinin mühəndisindən ifadə alınması barədə ricasını qəbul edib.

Sözü gedən mühəndis jurnalistin mənzilində ikinci telefon xəttini göstəriş əsasında çəkdiyini etiraf edib. 2012-2013-cü ildə hakimiyyət orqanları habelə jurnalistə göndərilmiş hədə məktubuna və onun içindəki fotoşəkillərə dair təhqiqat aparılmasına göstəriş verib.

Onun təhqiqatın səmərəsiz aparılması barədə şikayətinə cavab olaraq prokurorluq orqanları 2012-ci ilin aprelində dərc etdiyi məlumatda bildirir ki iş üzrə İsmayılovanın dostları, həmkarları və ailə üzvləri də daxil bir sıra şahidlərdən ifadələr alınıb.

Bunun ardınca Xədicə İsmayılın verdiyi şikayətdə qeyd olunur ki, prokurorluğun məlumatında onun şəxsi həyatına, həmkarlarına və dostlarına aid şəxsi məlumatlar açıqlanıb. Jurnalistin bu şikayəti də, sonrakı müraciətləri də nəticəsiz qalıb.

Bundan sonra, 2013-2014-cü illərdə xanım İsmayılova prokurorluq orqanlarının təhqiqatı uzatmasına dair ölkə məhkəmələrinə bir neçə dəfə uğursuz nəticələnən şikayətlər verib.

Avropa Şurası mətbuat xidmətinin məlumatında xatırladılır ki, Xədicə İsmayıliova Avropa İnsan Haqları Məhkəməsinə 2014-cü ildə həbsinin qanunsuzluğu ilə bağlı ayrıca ərizə ilə müraciət edib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edib.

2016-cı il mayın 25-də Xədicə İsmayıl Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib. İki maddə - 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ittiham onun üzərindən götürülüb.

2017-ci ilin noyabrında Vergilər Nazirliyi araşdırmaçı-jurnalistə qarşı 63 min 138 manatlıq vergi borcunun tutulmasına dair mülki iddia qaldırıb.

Keçən ilin dekabrın 21-də Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Məhəmməd Əkbərov araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı Vergilər Nazirliyinin iddasını təmin edib.

“Vergilər Nazirliyinin iddia tələbi təmin edilsin, 45 143 manat 63 qəpik məbləğ Xədicə İsmayıldan tutulsun” deyə qərarda deyilir.

Xədicə İsmayıl iddianın əsassız və qanunsuz olduğunu bildirib və məhkəmədən iddianı rədd etməsini xahiş edib.

Xədicə İsmayılın bank hesabları 2017-ci ilin noyabrında bir neçə beynəlxalq təşkilatlardan mükafat aldıqdan sonra dondurulub. Bu günlərdə isə Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin şikayəti üzrə qəbul etdiyi təzminat bank hesabına köçürüləndən sonra onun Beynəlxalq Bankdakı hesabına həbs qoyulub.

Xədicə İsmayıl Amerikanın Səsinə müsahibəsində bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək. (Turan)


Avropa Məhkəməsi Xədicə İsmayılın şikayəti üzrə qərarını açıqlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kolumbiyadan Azərbaycana turist axını artır
    Azərbaycanın təklif etdiyi yeni Boqota-İstanbul-Bakı-Tbilisi turist marşrutu Kolumbiya turizm şirkətlərinin marağını cəlb edib.
     23.03.2019
    Bakı Tiflis və İrəvanı bu sahədə də geridə qoydu
    Bu sözləri millət vəkili Tahir Mirkişili qeyd edib.
     23.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ