EURO 1,923 NEFT 60,78
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:06.12.2018 16:58:46

Avropa İnsan Hüquqları Məhkəməsi dekabrın 6-da "Azadlıq" qəzetinin icmalçısı Seymur Həzinin işi üzrə qərarını elan edib.

Turan xəbər verir ki, Avropa İnsan Hüquqları Məhkəməsi dekabrın 6-da "Azadlıq" qəzetinin icmalçısı Seymur Həzinin işi üzrə qərarını elan edib.

Qərar jurnalistin 2014-cü il avqustun 29-da həbsindən şikayətlə bağlıdır.

AİHM Həzinin 5.1 (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 5.3-cü (məhkəmədən əvvəl saxlanma haqqında tələbin qanunsuz hesab olunması) maddələr üzrə hüquqlarının pozulduğunu etiraf edib.

AİHM Həziyə mənəvi ziyana görə 13 min avro ölçüsündə təzminat və məhkəmə xərcləri üçün 1500 avro ödənilməsinə qərar verib.

Xatırladaq ki, Həzi 2014-cü il avqustun 29-da həbs edilib və uydurma xuliqanlıq ittihamı ilə beş il müddətinə azadlıqdan məhrum edilib. Həzi ona qarşı irəli sürülmüş ittihamları təkzib edib və jurnalistlik və ictimai fəaliyyətinə görə təqib edildiyini bildirib. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Həzi jurnalistliklə yanaşı, siyasi fəaliyyətlə də məşğul olurdu və Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin rəyasət heyətinin üzvü idi. "Amnesty İnternational" onu "vicdan məhbusu" kimi tanıyıb.


Avropa Məhkəməsi jurnalist Seymur Həzilə bağlı qərarını açıqladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan iqtisadiyyatı 1% böyüyüb
    Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 72 432,1 mln. manata çatıb.
     17.12.2018
    Avropa da Türkiyəyə səsləndi: Suriyada əməliyyat keçirməyin
    Avropa İttifaqının rəsmisi Türkiyə prezidentinin son bəyanatını şərh edib.
     17.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ