EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.10.2019 13:48:00

Avropa İttifaqı rəsmi Bakını oktyabrın 19-da dinc mitinqin iştirakçılarına qarşı hədsiz polis zorakılığını araşdırmağa çağırır.

Avropa İttifaqı rəsmi Bakını oktyabrın 19-da dinc mitinqin iştirakçılarına qarşı hədsiz polis zorakılığını araşdırmağa çağırır.

Bu barədə Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndə Federika Mogerininin mətbuat katibi Mariya Kosyançiç bildirib.

O qeyd edib ki, oktyabrın 19-da Bakıda dinc mitinq keçirmək cəhdindən sonra onlarla insan saxlanılıb.

"Aksiya iştirakçılarının dağıdılması və saxlanılması üçün hədsiz və səbəbsiz güc tətbiq edildiyi bildirilib. Bu cür hadisələr araşdırılmalıdır. Biz həmçinin hakimiyyəti həbsdə qalan dinc nümayişçiləri azad etməyə çağırırıq," Kosyançiç bildirib.

"Toplaşmaq azadlığı fundamental insan hüququdur və biz Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq bu hüququn tam şəkildə həyata keçirilməsini təmin etməsini gözləyirik," mətbuat katibi qeyd edib.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliynin mətbuat katibi Leyla Abdullayeva Trend agentliyinə bildirib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı təmin olunub.

“Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə 50 nəfərin iştirakı ilə piket keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdı. Buna baxmayaraq, onlar həmin ərazidə faktiki olaraq küçə yürüşü keçirməyə cəhd etmişdilər. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna görə müvafiq ali hakimiyyət orqanlarının binalarının 200 metr radisunda keçirildiyi təqdirdə, mitinqlər, nümayişlər, küçə yürüşləri qadağan oluna bilər.

Milli Şuranın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri Lökbatan qəsəbəsi 28 May küçəsindəki “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif olunub. Buna baxmayaraq, şəhərin mərkəzi hissəsinfə qanunsuz aksiyanın keçirilməsinə cəhd olunub. Polis qurumları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. Polis kübar və mədəni davranış nümayiş etdirib, heç bir insan xəsarət almayib.”

Mətbuat katibi hesab edir ki, Avropa İttifaqı tərəfindən bu gün Barselonada baş verən hadisələrə, o cümlədən din nümayişçilərə qarşı polis tərəfindən rezin güllələrdənistifadə olunması, mətbuat nümayəndələrinin döyülməsi, həddən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirilməsi yaxşı olardı.

“Fransada aylar ərzində nümayişçilərə qarşı tətbiq olunan polis qəddarlığı bütün insani davranış normalarını aşıb. 11 nəfər ölbürülüb, minlərlə insan xəsarət alıb. Gözlərini itirmiş, şikəst olmuş insanlar vardır. Təəssüf ki, bu kimi hallarda da ikili standartlar tətbiq edilir. Polisin mədəni davranışına xələl gətirilir. Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur. Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz,” mətbuat katibi qeyd edib.

Müxalifət aksiya zamanı yüzlərlə insanın salxanıldığını bildirir. Onlardam 30-dan çox insan 5 sutkadan 60 sutkayadək inzibati həbsə məhkum edilib.

Bakı Şəhər Baş Polis İdarəsi məlumatında isə deyilir ki, Milli Şuranın qanunsuz aksiyasının təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb.

“Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər hüquqa zidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb,” polis idarəsi bildirib. (amerikaninsesi)


Avropa İttifaqı dinc aksiya iştirakçılarına qarşı zorakılığı araşdırmağa çağırır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ