1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:05.08.2019 18:16:48

Belarus və Avropa İttifaqı (Aİ) bu ilin payızında viza rejiminin sadələşdirilməsi üzrə saziş imzalaya bilər.

Belarus və Avropa İttifaqı (Aİ) bu ilin payızında viza rejiminin sadələşdirilməsi üzrə saziş imzalaya bilər.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının Belarusdakı Nümayəndəliyinin rəhbəri Andrea Viktorin “BelaPAN” agentliyinə müsahibəsində deyib.

“Sazişin mətni üzrə bütün danışıqları iyun ayında yekunlaşdırmışıq. Hazırda sənəd dövlətdaxili prosedurlardan keçir. Belarusun Xarici İşlər naziri ilə görüşdə biz payızda sazişi imzalayacağımız haqda danışdıq. Sazişin imzalanacağı dəqiq tarix hələ müəyyənləşməyib. Lakin mən tam əminəm ki, biz bu sənədi imzalayacağıq”, - A. Viktorin qeyd edib. 

 Onun sözlərinə görə, sazişin imzalanması ilə əlaqədar Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerininin Minskə gəlməsi planlaşdırılır: “Bu ehtimal nəzərdən keçirilir, tarixlər müzakirə edilir”.

A. Viktorin bildirib ki, müəyyən fikir ayrılıqlarına baxmayaraq, son illərdə Belarus və Aİ arasında davamlı dialoq qurulub, real irəliləyiş müşahidə edilir. 


Avropa İttifaqı bu MDB ölkəsinə vizanı asanlaşdıra bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda azərbaycanlı tələbə suda boğulub
    Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
     24.08.2019
    Fələstində
    Dünən cümə günü də 71-ci "Geri Qayıdış" yürüşü keçirilib
     24.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ