Moqerininin açıqlamasında İsrailin hava hücumları nəticəsində şəhid olan və yaralanan fələstinlilərdən bəhs edilməməsi diqqəti çəkib.

İsrailin Qəzzaya təşkil etdiyi hücumlar nəticəsində şəhid olan fələstinli sayının 20-ə çatdığı bir vaxtda, Avropa Birliyi Qəzzadan İsrailə qarşı raket atəşlərinin dərhal dayandırılmasına çağırıb.
İslamazeri.com xəbər verir ki, Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini yazılı açıqlamasında, "Qəzzadakı fələstinli hərbçilərin qeyri-nizami raket atəşləri dərhal dayandırılmalıdır. AB İsrailin təhlükəsizliyini güclü şəkildə dəstəklədiyini bir daha vurğulayır",- deyib.
İsrail xalqına başsağlığı verən xanım Moqerini raket atəşlərinin İsrail xalqına "ifadəedilməz" kədərlər yaşatdığını və şiddəti qızışdırdığını iddia edib.
Moqerininin açıqlamasında İsrailin hava hücumları nəticəsində şəhid olan və yaralanan fələstinlilərdən bəhs edilməməsi diqqəti çəkib.
Avropa Birliyi rəsmisi: İsrailə qarşı raket atəşləri dərhal dayandırılmalıdır