EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:03.11.2017 10:42:25

İspaniyanın "Atletiko" klubunda futbolçu Yannik Karrasko ilə bağlı növbəti münaqişə baş verib.

Buna belçikalı yarımmüdafiəçinin sol dizindəki zədəni evində müalicə etdirməsinə klub rəhbərliyinin icazə verməməsi səbəb olub. 24 yaşlı oyunçu zədə səbəbindən son 4 oyunda meydana çıxa bilməyib.

O, sonuncu dəfə oktyabrın 18-də Bakıda "Qarabağ"a qarşı keçirdikləri Çempionlar Liqasının III tur matçında forma geyinib. Həmin vaxt əvəzlənərkən, meydanı ləng tərk etməsinin baş məşqçi Dieqo Simeonenin narazılığına səbəb olduğu və futbolçunun iradlarla üzləşdiyi bildirilib. Bu dəfə isə Karraskodan zədəsini Belçikada deyil, elə klubun bazasında müalicə etdirməsi tələb olunub. Yarımmüdafiəçi bunu özünə qarşı qərəz hesab edib.

Qeyd edək ki, Yannik Karrasko yayda İngiltərənin "Çelsi" klubunun maraq dairəsində olub. Lakin "Atletiko"da yeni oyunçu transferinə qadağa qoyulduğu nəzərə alınaraq, belçikalı futbolçunun satılmasına icazə verilməyib. İspaniya komandası "Qarabağ"la Bakıda 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə edib.

Report


"Atletiko" klubunda münaqişə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD Raqqanı tərk etməzdən əvvəl şəhərdə hər bir tikilini minalayıb
    İŞİD terror qruplaşmasının silahlıları Suriyanın Raqqa şəhərini tərk etməzdən əvvəl onun ərazisindəki hər bir tikilini minalayıblar.
     19.11.2017
    Sabirabadda iki avtomobil toqquşub: Yaralanan var
    Sabirabadda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ