EURO 2,0948 NEFT 69,86
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:22.05.2017 17:56:52

Rusiyada maraqlı hadisə baş verib

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Rusiyada zorlanmış 14 yaşlı qızın atası cinayətkarı məhkəmə zalındaca qətlə yetirib.

Cinayətkara oxunmuş yüngül cəzaya görə qəzəbli ata kəmərindəki 3 atıcı bıçağı çıxarıb. Ata həmin bıçaqları bir-birinin ardınca caniyə atıb.

Hadisə ani şəkildə baş verdiyi üçün polis reaksiya verməyə imkan tapmayıb.

Hər üç bıçaq hədəfinə çatıb, üstəlik onlardan 2-si cinayətkarın ürək nahiyyəsinə, 3-cü isə boğazına girib.

Məhkum hadisə yerindəcə keçinib. Qisas alan ata isə məhkəmə zalındaca həbs edilib. Etdiyi işdən razı qalan ata Karavaykin müqavimət göstərməyib və üzərindəki digər 2 bıçağı könüllü şəkildə təhvil verib.

Ata öz işini belə izah edib: “Ətirli bir gül yetişdirin, sonra da görün ki, necə bir nəfər çirkli çəkmələri ilə onları tapdalayır, o zaman məni anlayacaqsınız. Mənim qızım zorlandıqdan sonra 2 dəfə intihar etmək istəyib və hər dəfə də o tam təsadüfi şəkildə sağ qalıb. O, hələ də psixoloji xəstəxanada müalicə alır. Bu tör-töküntüyə isə (cinayətkara - red.) cəmi 5 il iş kəsiblər, üstəlik şərti...”

Bıçaqlarla bağlı suala cavab verərkən ata bildirib ki, cinayətkara belə bir yüngül cəzanın veriləcəyindən agah idi, çünki polisdən şikayət ərizəsini götürməsi üçün ona böyük məbləğdə rüşvət təklif edilib.

Məhkəmənin ədalətsizliyini əvvəlcədən hiss edən ata kustar üsulla 5 atıcı bıçaq hazırlayıb və onlarla məşq etməyə başlayıb.

Ali məhkəmənin qərarı ilə Karavaykin 8 ilə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından da azadlığa buraxılıb.


Ata qızını zorlayan canini məhkəmə zalında öldürdü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Polad Bülbüloğlunun ermənilərlə bağlı mövqeyi kəskin etiraz doğurdu
    Rusiyadakı səfirimiz “Azərbaycanda erməniləri düşmən kimi qəbul edən yeni nəsil yetişir” dedi; Bakıdan çox sərt reaksiyalar...
     24.01.2018
    İŞİD-in
    İŞİD terror qruplaşmasının "səhiyyə naziri" postunda olan "səhiyyə əmiri" kimi tanınan terror Türkiyə Polisi tərəfindən saxlanılıb.
     24.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ