1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:06.10.2017 17:23:07

Azərbaycanda Aşura günü qan verən 3827 nəfərdən 122-nin qanında infeksiyalar aşkarlanıb.

Bu barədə Səhiyyə Nazirliyinin B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

O bildirib ki, 3 nəfərin qanında HİV, 81 nəfərin qanında Hepatit, 38 nəfərin qanında isə sifilis infeksiyaları aşkar olunub.

Direktor qeyd edib ki, təhlükəli infeksiyaların aşkarlandığı qan yandırılacaq.

Qeyd edək ki, Aşura günü ilə bağlı Azərbaycanda keçirilən qanvermə aksiyasında 3827 insan qan verib. Qanvermə aksiyası nəticəsində 1722,3 litr qan toplanıb. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə qanvermə aksiyası ümumilikdə Bakıda və regionlarda 17 məscid və ziyarətgahı əhatə edib.


Aşura günü qan verənlərin qanında HİV, hepatit və sifilis aşkarlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan hökumətinin yeni üzvləri təyin edilib
    Prezident İlham Əliyevin sərəncamları ilə hökumətin yeni üzvləri təyin edilib
     24.04.2018
    Serj Sarkisyan istefa verib
    Ermənistanda etirazların 11-ci günü Baş nazir Serj Sarkisyan istefa verib.
     24.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ