1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:08.11.2018 17:48:51

Hazırda Astaraçay çayının Rudəkənar kəndindən keçən hissəsində bəndbərkitmə işləri aparılır.

Noyabrın 6-7-də gecə saatlarında respublikanın cənub bölgəsindəki bəzi rayonlarda yağan leysan xarakterli yağışlar nəticəsində Astaraçay çayında suyun səviyyəsi artıb, Astara rayonunun Rudəkənar kəndində bəzi ərazilər daşqın və yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən İslamazeri.com-a bildiriblər ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş müraciətlərlə əlaqədar Dövlət Yanğından Mühafizə, eləcə də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Cənub Regional Mərkəzinin müvafiq qüvvə və texnikası hadisə rayonuna cəlb olunub. Rayonun Rudəkanar kəndində həyətyanı sahələrin su ilə dolması səbəbi ilə köməksiz vəziyyətdə qalmış 21 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda Astaraçay çayının Rudəkənar kəndindən keçən hissəsində bəndbərkitmə işləri aparılır. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri bəndbərkitmə işlərinin aparıldığı ərazidə növbə çəkirlər.


Astarada həyətləri su basıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ