EURO 1,9267 NEFT 68,08
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:24.10.2018 20:00:39

“Azərbaycan hökuməti ilə müzakirə etdiyimiz məsələlər arasında ictimai sektorla yanaşı, özəl sektorun inkişafı ilə bağlı məsələlər var”.

“Azərbaycan hökuməti ilə müzakirə etdiyimiz məsələlər arasında ictimai sektorla yanaşı, özəl sektorun inkişafı ilə bağlı məsələlər var”.

"Report" xəbər verir ki, bunu Bakıya səfəri çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vençay Janq (Wencai Zhang) deyib.

V.Janq bildirib ki, manatla istiqrazların buraxılması kiçik və orta sahibkarlıq müəssisələrinin inkişafına şərait yaradacaq: "Hökumət qeyri-neft sektorunda daha əhəmiyyətli sektorları seçib onlara diqqəti daha da artırmalıdır. Biz istəyirik ki, Azərbaycan regional səviyyədə iqtisadi inteqrasiyanın əsas iştirakçılarından birinə çevrilsin".

O qeyd edib ki, ADB Azərbaycanda innovasiya və yeni texnologiyalar sahəsində Azərbaycana dəstək göstərməyə hazırdır: "ADB hazırda 2030 strategiyası üzərində çalışır. Biz istəyirik ki, dəstək göstərdiyimiz ölkələrə öz ehtiyacına uyğun yardım edək. Azərbaycan ADB-nin yüksək-orta gəlirli ölkələr qrupuna daxildir. Düşünürəm ki, biz çoxsektorlu layihələrin reallaşmasına dəstək verməliyik".


Asiya İnkişaf Bankının vitse-prezidenti: “Manatla istiqrazların buraxılması...”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sabahın hava proqnozu
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb.
     16.11.2018
    Azərbaycanda spirtli içki və tütün məmulatları bahalaşıb
    Bu ilin oktyabr ayında Azərbaycanda spirtli içkilər sentyabr ayına nisbətən 1,8% bahalaşıb.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ