EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:02.11.2017 16:52:28

Bakıda “Port-Baku”da qaldığını bildirən polşalı oyunçu paytaxtımızda gördüklərindən təəccübləndiyini bildirib

“Qarabağ”ın futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.

Oxu.Az xəbər verir ki, təcrübəli müdafiəçisi Ağdam klubunda çıxışından, Azərbaycandakı həyatından və bir sıra maraqlı məqamlardan danışıb.

Bakıda “Port-Baku”da qaldığını bildirən polşalı oyunçu paytaxtımızda gördüklərindən təəccübləndiyini bildirib: “Komandanın 9 əcnəbi futbolçusu ilə birlikdə “Port-Baku”da qalırıq. Orada ticarət mərkəzi, restoran, kafe, bir sözlə, hər şey var. Gördüklərimə yaxşı mənada təəccübləndim. Azərbaycanlılar xoş, mehriban və kömək etməyi sevən insanlardır”.

Jezniçak baş məşqçisi Qurban Qurbanovdan və komandadakı ortamdan da söz açıb: “O, tələbkar məşqçidir. Demək olar ki, heç gülmür. Amma möhtəşəm məşqçidir. Qurbanov bayram etmir. Çempionlar Liqasının qrupuna düşdükdən sonra paltardəyişmə otağında xeyli rəqs etdik. Komandamızda müsəlman çoxdur. Alkoqol yaxşı qarşılanmır və bütün əcnəbilər buna hörmətlə yanaşırlar. Baş məşqçi bossdur və qaydaları o müəyyənləşdirir”.

Təcrübəli futbolçu “Qarabağ”la sabiq komandası “Legiya”nın da müqayisəsini aparıb: “Legiya”nın cari mövsümdə qeydə alınan nəticələrini nəzərə alsaq, deməli, Polşa klubunu vaxtında tərk etmişəm. Ən azından Çempionlar Liqasında çıxış etməyəcəkdim. “Qarabağ” səviyyəli komandadır. Bu iki komanda daha əvvəl qarşılaşsaydı və “Legiya”nın əvvəlki heyəti olsaydı, “Qarabağ” uduzardı.

Yakub, eyni zamanda, bildirib ki, indiyədək heç bir rəqib futbolçu ilə forma dəyişməyib: “Bir dəfə də olsun, bunu etməmişəm. Çünki öz formalarımı yığıram, daha sonra onları xeyriyyə hərraclarına çıxarıram. Karyeramı bitirdikdən sonra muzey açmaq haqda düşünmürəm”.


“Qarabağ”ın legioneri Qurban Qurbanov haqqında: O, bossdur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD Raqqanı tərk etməzdən əvvəl şəhərdə hər bir tikilini minalayıb
    İŞİD terror qruplaşmasının silahlıları Suriyanın Raqqa şəhərini tərk etməzdən əvvəl onun ərazisindəki hər bir tikilini minalayıblar.
     19.11.2017
    Sabirabadda iki avtomobil toqquşub: Yaralanan var
    Sabirabadda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ