EURO 2,0083 TRY 0,2315
USD 1,7 RUB 0,0233
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:22.11.2019 21:58:50

“Jurnalistlərin təkcə fiziki deyil, həm də hüquqi təhlükəsizliyini qorumaq lazımdır.”

 Jurnalistlərin təkcə fiziki deyil, həm də hüquqi təhlükəsizliyini qorumaq lazımdır. ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir belə hesab edir. Bu barədə o, cümə günü Vyanada ATƏT Daimi Şurasının ikiillik fəaliyyəti barədə hesabatı təqdim edərkən bildirib.

“Bir il öncə təşkilatın 57 üzv- dövləti jurnalistlərin təhlükəsizliyi ilə bağlı Nazirlər Şurasının qərarını təsdiqlədi. Ancaq bu qərarın icrasını təmin etmək üçün hələ çox iş görülməlidir. Həqiqət ondan ibarətdir ki, bir çox jurnalist və KİV işçiləri öz fikirlərini ifadə etdiklərinə, öz işlərini yerinə yetirdiklərinə görə hələ də təqiblərə məruz qalırlar”, - A.Dezir deyib.

O qeyd edib ki, son beş ay ərzində 69 jurnalistin fiziki təhlükəsizliyi ilə bağlı vəziyyətə müdaxilə edib və 51 bəyanat verib.

A.Dezir Türkiyə, Ukrayna və Rusiyada bir neçə jurnalistin azadlığa buraxılmasını alqışlayıb.

“Mən Azərbaycanda Əfqan Muxtarlının hələ də həbsdə saxlanılmasından çox narahatam”, - A.Dezir deyib,  onun və ATƏT regionunda digər jurnalistlərin azad edilməsi üçün səylərini davam etdirəcəyini vəd edib.

*Araşdırmaşı-jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanaraq Azərbaycana gətirilib. Məhkəmə onu qaçaqmalçılıq, sərhəddi qanunsuz keçmə və sərhədçiyə qarşı zorakılıq ittihamı ilə 6 il azadlıqdan məhrum edib.

Avropa Parlamenti, beynəlxalq hüquq-müdafiə təşkilatları Ə.Muxtarlının həbsini pisləyiblər. “Amnesty International onu “vicdan məhbusu” kimi tanıyıb.(Turan)


Arlem Dezir növbəti dəfə Əfqan Muxtarlının azad edilməsinə çağırıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Krımın Simferopol şəhərində yeni məscid tikiləcək
    Məscidin inşasına torpağın ayrılması istəyi ilə mikrorayon sakinləri şəhər rəhbərliyinə müraciət edib.
     13.08.2020
     Pərviz Şahbazov  Rza Ərdakanianla videoformatda görüş keçirib
    Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla İranın Energetika naziri Rza Ərdakanian arasında videoformatda görüş keçirilib.
     13.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ