EURO 1,8907 TRY 0,2924
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.09.2019 16:00:23

Bakıda Milli Məclisdə təmsil olunan partiyalardan birinin təşəbbüsü ilə ölkənin icra hakimiyyəti və bəzi partiyaların ideoloji rəhbərlərinin konfransı keçirilib.Müxalifətdə olan Müsavat, AXCP və REAL partiyaları bu görüşdə iştirak etməyiblər

Bakıda Milli Məclisdə təmsil olunan partiyalardan birinin təşəbbüsü ilə ölkənin icra hakimiyyəti və bəzi partiyaların ideoloji rəhbərlərinin konfransı keçirilib.Müxalifətdə olan Müsavat, AXCP və REAL partiyaları bu görüşdə iştirak etməyiblər. Çıxış edən hökumət nümayəndələri siyasi mühacirəti və xaricdəki azərbaycanlı blogerləri Azərbaycanın həm indiki vəziyyəti, həm də gələcəyi, eləcə də dövlət rəhbərləri ilə bağlı fikirləri yayarkən etik normaları pozmaqda ittiham ediblər. Turan suallarımızı cavablandırmaq üçün Brüsseldə yaşayan keçmiş diplomat, AND - Azərbaycanda Demokratiya Naminə Hərəkatın yaradıcısı Arif Məmmədova müraciət edib. Onunla sentyabrın 21-də Frankfurtda keçiriləcək AND-ın ikinci qurultayına hazırlıq ərəfəsində söhbətləşdik.

 

***

- Avropadan mühacirlərin dilindən məmurlarımıza söyüş yağmasında günahkar kimdir? Yeni siyasi Azərbaycan mühacirəti necə meydana gəldi? Bakıda konfransda hakimiyyətin iddialarına və digər təkliflərə münasibətiniz necədir?

- Konfrans, görünür, Avropa Şurası Parlament Assambleyasının yenidən seçilmiş prezidenti Lilian Mori Paskyenin Bakıya səfəri ərəfəsində hakimiyyət və müxalifət arasında dialoq görüntüşünü yaratmaq məqsədilə təşkil olunmuşdu.

Bundan əlavə, bütün əlamətlərə görə, hakimiyyət növbədənkənar parlament seçkilərinə hazırlaşır, bundan əvvəl isə beynəlxalq təşkilatların gözündə öz imicini bir az yaxşılaşdırması lazımdır. Hakimiyyət başa düşür ki, konfransda iştirak edən müxalifət nümayəndələri əslində belə deyil və ən başlıcası cəmiyyət tərəfindən mövcud hakimiyyətə müxalifət kimi qəbul edilmir.

Bundan əlavə, konfransda hakimiyyət nümayəndələrinin qıcıqlandırıcı bəyanatları onun bu dialoqda az maraqlı olduğunu göstərir.

Belə ki, hakimiyyət tərəfinfən əsas iştirakçılardan biri, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfrans iştirakçılarına replika atıb ki, gəlin, tez danışaq və işimizə davam edək. Hər birimizin daha ciddi problemləri var. Bu, bir daha göstərir ki, konfransı sırf görüntü üçün təşkil edilib.

- Avropa ölkələrində soydaşlarımızın sayı artır. Uzun illər onlar olduqca passiv olublar, ölkədəki siyasi həyata o qədər də maraq göstərməyiblər.

Ancaq son vaxtlar siyasi fəallıq müşahidə olunur. Bu, nə ilə əlaqəlidir və Avropadakı azərbaycanlıların siyasi hərəkatları ilə hakimiyyəti sərt şəkildə tənqid edən, hətta tez-tez açıq təhqirlərə məruz qoyan blogerlər arasında əlaqə varmı?

-Tamamilə haqlısınız. Avropadakı soydaşlarımızın sayı ildən-ilə artır. Bu, həm ölkədə iqtisadi vəziyyətin pisləşməsi, həm də ölkədə insan hüquq və azadlıqlarının məhdudlaşdırılması və kobud şəkildə pozulması ilə əlaqədardır.

Baxmayaraq ki, bəzi soydaşlarımız siyasi baxımdan bu gün də passivdir, son vaxtlar vəziyyət xeyli dəyişib. Azərbaycanda demokratik dəyişikliklər uğrunda effektiv və ardıcıl siyasi mübarizə aparan bir neçə təşkilat yaradılıb və AND (Azərbaycanda Demokratiya Naminə Hərəkat) onların arasında aparıcı rol oynayır.

Sentyabrın 21-də Frankfurtda bu hərəkatın növbəti 2-ci qurultayı keçiriləcək. Onun işində ölkədə və onun hüdudlarından kənarda tanınmış bir çox ictimai-siyasi xadim iştirak edəcək.

Bir tərəfdən ayrı-ayrı siyasi mühacirlər arasında, digər tərəfdən isə güc strukturlarının ştatdankənar agentləri arasında "nəzakətlilik" mübadiləsinə gəlincə, bunlar tamamilə fərqli şeylərdir.

Proses ilk növbədə məhz hakimiyyət tərəfindən başladılıb.

Siyasi mühacirlərin ailə üzvlərinə qarşı çirkin repressiyalar, onların həbsi, təhdid və şantaj siyasəti onların təbii radikallaşmasına səbəb oldu. Bundan əlavə, cəmiyyət həmin blogerlərin müdafiəsinə qalxdı. Onlar əsl qəhrəmanlara çevrildilər. Bu gün bu blogerlərin populyarlığı daha yüksəkdir, nəinki bir çox yalançı ziyalı nümayəndəsinin.

Sizi inandırım ki, Rusiyada 3,5 milyon, digər ölkələrdə 2 milyon azərbaycanlıya Vidadi İsgəndərov, Tural Sadıqlı, Orduxan Teymurxanın adları daha yaxşı tanışdır, nəinki yazıçı Anar və ya Çingiz Abdullayevin adları. Bunda da hakimiyyətin özü günahkardır. Cəmiyyət hakimiyyətdən o qədər narazıdır ki, o qədər radikallaşıb ki, hakimiyyət tərəfindən hücuma məruz qalan hər kəs avtomatik olaraq "milli qəhrəman"a çevrilir.

Bu gün hakimiyyətdə bir nəfər yoxdur ki, cəmiyyət tərəfindən hörmət qazansın. Hakimiyyət birmənalı şəkildə xalqla əlaqəsini itirib.

Bu gün bu uçurum o qədər böyükdür ki, hətta hökumət həqiqətən də cəmiyyətlə dialoqa getməyə qərar versə, o, bunu qəbul etməyəcək, çünki cəmiyyət artıq buna hazır deyil. İctimaiyyətə qarşı təkəbbürlü, laqeyd münasibət, daimi yalan belə nəticələndi.


Arif Məmmədov: “Müxalifətə qarşı repressiyalar hakimiyyətlə münasibətin radikallaşmasına səbəb oldu”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ